Kiçik Akademiya

"Student Climate Simulation Conference - 2024" adlı konfrans keçirilibAprel ayının 23-də “Kiçik Akademiya”nın təşkilatçılığı ilə BMT modeli əsasında hazırlanmış proqramla "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində konfrans keçirilib. Bu konfransda "Baş assambleya" qismində məktəbin direktoru Zümrüd Abbasova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Bahar Əkbərova, KA-nın prezidenti Təranə Nəcəfova, idarəçi rəhbərlər (chair) (layihənin rəhbəri)- KA-nın vitse-prezidenti Əliəkbər Novruzov, layihənin koordinatoru Solmaz Xalıkzadə və məruzəçilər (simulatorlar) iştirak ediblər. Sonra konfransın simulatorları tərəfindən "Qlobal istiləşmə: İnsanlara mühüm təsiri", "Ərzaq və sağlamlıq", "İqlim: Təbiət və heyvanların aləmi", "XXl əsr: İqlim və siyasi tendensiya", "Müasir dövr: Kənd təsərrüfatı" və "Fiziki ətraf mühitimiz" panelləri üzrə təqdimatlar edilib və müzakirələr aparılıb. Konfransın sonunda konfransa dair bəyanat qəbul edilərək səsləndirilmişdir. Məktəbin direktoru Zümrüd Abbasova çıxış edərək belə maraqlı tədbirə görə layihənin rəhbərinə və iştirakçılara təşəkkür edərək şagirdləri konfransın bəyannaməsinə əməl etməyə çağırıb və onlara öz tövsiyələrini verib.

Ətraflı

“Breyn-rinq” psixo-intellektual oyunu keçirilibFevral ayının 20-də məktəbin psixoloqu Allahverdiyeva Xalidə və “Kiçik Akademiya”nın təşəbbüsü ilə “Breyn-rinq” psixo-intellektual oyunu keçirilib. Oyunun keçirilməsinin əsas məqsədi şagirdlərdə motivasiyanın artırılması, onların psixo-emosional vəziyyətinin yaxşılaşdırılmasından ibarət olub. Breyn-rinq oyunu Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Psixo-intellektual oyun 5 mərhələdən ibarət olub. Oyunun sualları KA-nın vitse-prezidenti, X sinif şagirdi-Əminə İslamovanın təqdimatında səsləndirilib. Komandaların göstərdiyi nəticələr məktəb rəhbərliyindən və müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Oyun zamanı komanda üzvləri pazllar quraşdırıb, anaqramda təqdim olunmuş terminləri tapıb, intellektual sualları cavablandırıb, Azərbaycan kino-filmlərinin adlarını mimikalar və jestlərlə komanda yoldaşlarına izah etməyə çalışıblar. Oyunun nəticələrinə görə VIII “B” sinfinin “Fantaziya” komandası I yerə, VIII “A” sinfinin “Optimist” komandası II yerə, VIII ”C” sinfinin “İdrak” komandası III yerə layiq görülüb. İştirakçı komandalar məktəb rəhbərliyi tərəfindən medal və diplomla, qalib komanda üzvləri müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Ətraflı

İntellektual oyun keçirilibYanvar ayının 9-da “Kiçik Akademiya”nın texniki fənlər üzrə rəhbəri, XI sinif şagirdi Hüseynzadə Nihad və kitabxana müdiri Rəqsanə Həşimovanın təşkilatçılığı ilə dünyagörüşü mövzusunda IX-X sinif şagirdləri arasında intellektual oyun keçirilib. Oyunun keçirilməsinin əsas məqsədi məktəblilərin dünyagörüşünü inkişaf etdirmək, intellektual səviyyəsi yüksək olan şagirdləri üzə çıxarmaqdan ibarət olub. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. İntellektual oyunun gedişatını məktəb rəhbərliyindən ibarət münsiflər heyəti izləyib. Yarışda qarşılaşacaq komandalar püşklər əsasında təyin olunub. Belə ki, püşkatmanın nəticələrinə əsasən IX “A” sinfinin komandası X”A” sinfinin komandası ilə, IX “B” sinfinin komandası IX “C” sinfinin komandası ilə, X “B” sinfinin komandası X “C” sinfinin komandası ilə qarşılaşıb. Final mərhələsinə IX”B”, X”A”, X”C” sinfinin komandaları vəsiqə qazanıb. Final mərhələsinin nəticələrinə əsasən I yerə X “C” sinfinin komandası, II yerə X “A” sinfinin komandası, III yerə IX “B” sinfinin komandası layiq görülüb. Iştirakçı komandalar Diplom, qalib komanda isə Diplom və kubokla təltif edilib.

Ətraflı

“Assimilyasiya” termini haqqında təqdimat keçirilibDekabr ayının 18-də "Kiçik Akademiya"nın Humanitar fənlər bölməsinin rəhbəri, VII "A" sinif şagirdi Fatimə Qulubəyovanın dilçilikdə “Assimilyasiya” termini haqqında təqdimatı dinlənilib. Təqdimatın keçirilməsinin əsas məqsədi dilçilik terminlərindən biri olan Assimilyasiya və onun başqa elm sahələrində hansı anlama gəldiyi haqqında şagirdləri məlumatlandırmaqdan ibarət olub. Təqdimat-dərsi məktəbin direktor əvəzi İlham Məmmədyarov, KA-nın prezidenti Təranə Nəcəfova, metodiki şuranın sədri Aytəkin Məlikova, ədəbiyyat müəllimləri- Yeganə Aslanova və Seyran Cəfərli izləyib. Q, Fatimə Assimilyasiya, onun təsir istiqamətinə və terminlərə görə növləri haqqında məlumat verib. Sonra müəllimlər tərəfindən KA-nın üzvlərinə tədqiqat sualı verilib. Şagirdlər sual ətrafinda öz fikirlərini bildiriblər. Sonda məktəblilərə digər elm sahələrində Assimilyasiyanın izahı haqqında təqdimat hazırlamaq tapşırılıb.

Ətraflı

Coğrafiya fənni üzrə intellektual yarış keçirilibDekabr ayının 15-də “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində məktəbin kitabxana müdiri Rəqsanə Həşimovanın və “Kiçik Akademiya”nın “Texniki fənnlər” bölməsinin rəhbəri, XI “C” sinif şagirdi Nihad Hüseynzadənin təşkilatçılığı ilə Beynəlxalq Dağlar Gününə həsr olunmuş Coğrafiya fənni üzrə intellektual yarış keçirilib. Yarışın keçirilməsinin əsas məqsədi ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, ətraf mühiti qorumaq, şagirdlərin təbiət elmlərinə olan marağını artırmaqdan ibarət olub. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yarışda VI və VII sinif şagirdləri iştirak edib. Yarışın gedişatını məktəb rəhbərliyindən və müəllimlərdən ibarət münsiflər heyəti izləyib. Yarış 3 mərhələdən ibarət olub. İlk müsabiqə VI siniflər arasında keçirilib. Bu siniflər arasında rəqiblərindən daha çox suala düzgün cavab verən VI “B” sinfini təmsil edən “Planet” komandası finala vəsiqə qazanıb. İkinci yarış VII siniflər arasında keçirirlib və bu yarışda VII “B” sinfini təmsil edən “Neptun” komandası qalib gəlib. Final mərhələsində hər iki komanda qarşılaşaraq “Neptun” komandasının qalibiyyəti ilə başa çatıb. Yarışın nəticələrinə əsasən I yerə VII “B” sinfinin “Neptun” komandası, II yerə VI “B” sinfinin “Planet” komandası və III yerə VII “A” sinfinin “Fəttahlar” komandası layiq görülüb. Qalib komandalar məktəb rəhbərliyi tərəfindən Diplomla mükafatlandırılıb. Yarışın sonunda məktəbin təşkilatçısı Bahar Əkbərova və coğrafiya müəllimi Aytəkin Məlikova çıxış edərək şagirdləri təbrik edib, dərslərində müvəffəqiyyətlər arzulayıblar. Sonda xatirə şəkli çəkilib.

Ətraflı

"Life in the Future" adlı seminar məşğələ keçirilibNoyabr ayının 27-də "Kiçik Akademiya"nın nəzdində fəaliyyət göstərən Dillər kafedrası tərəfindən (kafedranın rəhbəri VII"A" sinif şagirdi Rəhimova Ruqiyyəxanım) VIII sinif şagirdləri ilə "Life in the Future" adlı seminar məşğələ keçirilib. Məşğələdə şagirdlərin gələcək həyat haqqında fikirləri və təsəvvürləri dinlənilib, həmçinin mövzu ətrafında müzakirələr aparılıb. "Life in the future " adlı təqdimatlar səsləndirilib və divar qəzetləri nümayiş etdirilib. Seminarda KA-nın vitse-prezidenti X sinif şagirdi Əminə İslamova da çıxış edərək gələcəkdə təhsil, texnologiya, texnikaları necə görmək istədiyi haqqında fikirlərini bölüşüb. Seminarın sonunda məktəbin xarici dil metodbirləşmə rəhbəri İsmayılova Vəfa və ingilis dili müəllimi Hüseynova Natəvan da şagirdlərlə öz fikirlərini bölüşərək onlara maraqlı mövzu ətrafında seminarın təşkilinə görə öz təşəkkürlərini bildirib və dərslərində uğurlar arzulayıblar.

Ətraflı

İntellektual müsabiqə keçirilibNoyabr ayının 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-403F/2023 nömrəli əmrini rəhbər tutaraq Yaşıl layihə: “Təbiəti sevənlər” layihəsi çərçivəsində məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın texniki fənlər bölməsinin rəhbəri XI “C” sinif şagirdi Nihad Hüseynzadənin təşəbbüsü ilə (KA-nın prezidenti Təranə Nəcəfova) Coğrafiya fənni üzrə intellektual müsabiqə keçirilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin, ekologiyanın mühafizəsi və Coğrafiya fənninə marağın artırılmasından ibarət olub. Müsabiqədə VIII və IX sinif şagirdləri iştirak edib. İntellektual müsabiqə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Üç mərhələdə keçirilən yarışın nəticələrinə görə I yerə VIII “B” sinfinin “Viktoriya” komandası, II yerə IX “C” sinfinin “IX Planet” komandası və III yerə IX “A” sinfinin “Polaris” komandası layiq görülüb. Qalib komandalar məktəb rəhbərliyi tərəfindən Diplomla mükafatlandırılıblar.

Ətraflı

“Zəfər bağı” salınıbNoyabr ayının 6-da 8 Noyabr Zəfər Günü ilə əlaqədar “Əbədi qəhrəmanlar” aksiyası çərçivəsində məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın (KA-nın prezidenti Təranə Nəcəfova) və Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Xəzər Rayonu üzrə Gənclər və İdman İradəsinin təşəbbüsü ilə məktəbin həyətyanı sahəsində “Zəfər bağı” salınıb. Ağacəkmədə və Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Xəzər Rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Gündüz Vəliyev, Sektorun işçi heyəti, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib. Bağda Şam, Sərv, Palma və müxtəlif meyvə ağacları əkilib. Qeyd edək ki, “Zəfər bağı”nın salınmasının əsas məqsədi şəhidlərin xatirəsini əbədiləşdirmək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək və atmosferi oksigenlə zənginləşdirməkdən ibarət olub.

Ətraflı

“Hər kitab bir xəzinədir” adlı “Dəyirmi masa” keçirilibNoyabr ayının 1-də KA- nın təşəbbüsü ilə (KA-nın prezidenti Nəcəfova Təranə) VIII sinif şagirdlərinin iştirakı ilə “Hər kitab bir xəzinədir” adlı “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nın keçirilməsinin əsas məqsədi şagirdlərə milli-mənəvi dəyərlərimizin aşılanması, onların mütaliə bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrinin təbliğindən ibarət olub. “Dəyirmi masa”da Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Quliyev Seyran da iştirak edib. Burada şagirdlər Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" əsərinin təhlilini və müzakirəsini aparıblar. Sonda Akademiya üzvlərinə növbəti müzakirənin mövzusu təqdim olunub.

Ətraflı

“Elmlərin şahı” adlı tədbir keçirilib.Oktyabr ayının 25-də məktəbdə fəaliyyət göstərən KA-nın texniki fənlər bölməsinin rəhbəri XI “C” sinif şagirdi Hüseynzadə Nihad və IX “B” sinif şagirdi İsgəndərova Zümrüdün təşkilatçılığı ilə “Elmlərin şahı” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin tədris fənlərinə maraqlarını artırmaq, onlarda yaradıcı təfəkkürü inkişaf etdirmək, asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Burada riyaziyyat tarixi haqqında məlumat verilib, “Sonsuz bir ümmandır riyaziyyat” adlı şeiri səsləndirilib. Qonaqlar “Rəqəmləri tanıyaq”, “Fiqurlar haqqında”, “Fənlərin bəhsi”, “Rəqəmlərin mübahisəsi” adlı səhnəcikləri izləyiblər. Zalda əyləşən şagirdlərlə söhbət aparılıb. Sonra VI sinif şagirdlərinin ifasında “Uzundərə” rəqsi nümayiş olunub. Riyaziyyat haqqında aforizmlər səsləndirilib. Tədbirin sonunda məktəbin direktor əvəzi Elçin Quliyev riyaziyyatın hər yerdə, hər sahədə olduğunu söyləyərək qeyd edib ki, buna görə də bu fənni həyatımız üçün çox əhəmiyyətlidir. Məktəbin təşkilatçısı, riyaziyyat müəllimi Bahar Əkbərova da çıxış edərək KA-nın əməkdaşlarına tədbirin yüksək səviyyədə təşkilinə görə öz minnətdarlığını bildirib.

Ətraflı

"Sədaqət şairi" adlı seminar məşğələ keçirilibOktyabr ayının 23-də “Kiçik Akademiya”nın nəzdində fəaliyyət göstərən Humanitar Fənlər bölməsinin təşkilatçılığı ilə (bölmənin rəhbəri X “A” sinif şagirdi Pirimova Xədicə) milli istiqlal şairi, tənqidçi və tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq şairi Xəlil Rza Ulutürkün 91-ci ildönümünə həsr olunmuş "Sədaqət şairi" adlı seminar məşğələ keçirilib. Seminarın keçirilməsinin əsas məqsədi Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşıyan va çarpışan şairi yad etmək, onun yaradıcılığını şagirdlərə tanıtmaqdan ibarət olub. Seminarda KA-nın prezidenti Nəcəfova Təranə, Azərbaycan dili və ədəbiyyat müəllimi Aslanova Yeganə, təsviri incəsənət müəllimi Rüstəmova Failə iştirak edib. Seminar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Xəlil Rza Ulutürk barəsində məlumat verilib, videoçarx nümayiş olunub. Daha sonra şagirdlər şairin həyat və yaradıcılığı, əsərləri, irsi haqqında danışıb, şeirlər söyləyib və “Azadlıq həsrəti” mahnısını ifa ediblər. Seminarın sonunda Yeganə müəllim şagirdlərə seminarın təşkilinə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin təbliğinə görə iştirakçılara öz təşəkkürünü bildirib.

Ətraflı

“Parlaq zəka” adlı intellektual yarış keçirilib  Oktyabr ayının 19-da “Heydər Əliyev İli” çərçivəsində məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın təşəbbüsü ilə VI sinif şagirdləri arasında “Parlaq zəka” adlı intellektual yarış keçirilib. Yarışın keçirilməsinin əsas məqsədi şagirdlərin intellektual səviyyəsini yüksəltmək, onlara vətənpərvərlik hissini aşılamaqdan ibarət olub. Yarışın aparıcısı, KA-nın vitse-prezidenti XI “B” sinif şagirdi Novruzov Əliəkbərin təqdimatında iştirakçılara 3 mərhələdə suallar təqdim olunub. Yarışın nəticələrinə görə I yerə VI “C” sinfinin komandası, II yerə VI “A” sinfinin komandası və III yerə VI “B” sinfinin komandası layiq görülüb. Məktəbin təşkilatçısı Əkbərova Bahar yarış iştirakçılarını təbrik edib və onları Diplomla mükafatlandırıb. Sonda xatirə şəkli çəkilib.

Ətraflı

1 Oktyabr – Beynəlxalq Musiqi Günüdür   Oktyabr ayının 2-də məktəbin kitabxana müdiri Həşimova Rəqsanə, musiqi müəllimi Rüstəmova Failə və KA-nın (KA-nın prezidenti Nəcəfova Təranə və vitse-prezidenti X”A” sinif şagirdi İslamova Əminə) təşəbbüsü ilə VII sinif şagirdləri arasında 1 Oktyabr – Beynəlxalq Musiqi Gününə həsr olunmuş musiqili viktorina keçirilib. Viktorinanın keçirilməsinin əsas məqsədi Beynəlxaq Musiqi Gününü qeyd etmək, şagirdlərə beynəlxalq və milli musiqi, o cümlədən  bəstəkarlar haqqında məlumat vermək, onların musiqiyə olan meyil və maraqlarını daha da artırmaqdan ibarət olub. Viktorinada üç komanda- “Romans” (VII “A” sinif şagirdləri), “Xarıbülbül” (VII “B” sinif şagirdləri) və “Melodiya” (VII “C” sinif şagirdləri) komandaları iştirak edib. Musiqili viktorina üç mərhələdən - I mərhələ açıq tipli suallar, II mərhələ qapalı suallar və III mərhələ dinləmədən ibarət olub. Komandaların verdikləri cavablar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Viktorinanın ümumi nəticələrinə əsasən “Romans” komandası qalib olub. İştirak edən komandalara məktəbin təşkilatçısı Əkbərova Bahar tərəfindən Diplomlar təqdim olunub. Sonda xatirə şəkli çəkilib.

Ətraflı

"SchoolCamp - 2023" adlı yay düşərgəsi keçirilib17-18 avqust tarixlərində məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın nəzdində məktəbin VIII-IX sinif şagirdlərinin iştirakı ilə "SchoolCamp - 2023" adlı yay düşərgəsi keçirilib. Düşərgənin birinci günü layihə rəhbəri, XI sinif şagirdi Əliəkbər Novruzov tərəfindən şəxsi inkişaf, komanda quruculuğu və məqsədlərin təyin edilməsi modulları üzrə təlim proqramı həyata keçirilib. Sonra məktəblilər əyləncəli “coffe break” fasiləsinə ayrılıblar. Sonda KA-nın prezidenti Aygün Qasımova tərəfindən layihələrin qurulması və idarəedilməsi istiqaməti üzrə maarifləndirici söhbət aparılıb. Düşərgənin ikinci günü şagirdlərə "Məktəbli arzusu" mövzusunda müxtəlif tapşırıqlar verilib. Tapşırıqları yerinə yetirmək üçün keys üsulundan istifadə edilib. Sonra təqdimatlar dinlənilib. Düşərgə “Bir sual - bir cavab" intellektual oyunu ilə davam edib. Qeyd edək ki, düşərgənin keçirilməsinin əsas məqsədi şagirdlərin şəxsi inkişaf üzrə biliklərini artırmaqdan, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdən və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.

Ətraflı

KA-da tədris ilinin yekun iclası keçirilib12 iyun 2023-cü il tarixində KA-da tədris ilinin yekun iclası keçirilib. İclasda KA-nın prezidenti Aygün Qasımova çıxış edərək bölmə rəhbərlərinə akademiyanın fəaliyyətinin yeni tərkibdə yaradılmasından sonra görülən işlər barədə məlumat verib. Daha sonra bölmə rəhbərləri icra etdikləri layihələr və gələn tədris ili üçün nəzərdə tutulan planlar barədə çıxışlar ediblər. Sonda akademiyanın fəaliyyəti dövründə vəzifələrini uğurla icra edən bölmə rəhbərləri Təşəkkürnamə ilə təltif edilib.

Ətraflı

Şairlər Günü ilə əlaqəli tədbir keçirilib5 iyun 2023-cü il tarixində "Kiçik Akademiya"nın Humanitar fənlər bölməsinin rəhbəri Əminə İslamovanın təşəbbüsü ilə şagirdlərə şairlərimizi tanıtmaq məqsədilə tədbir təşkil edilib. "Azərbaycan poeziyasında Müşfiq Zirvəsi" adlı tədbir Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, habelə ədəbiyyatımızın görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 115-ci ildönümünə həsr edilib. Tədbirdə fənn metodbirləşmə rəhbəri Seyran Cəfərli, Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Xələfova, Uşaq Birliyi Təşkilatının rəhbəri Nigar Şəfiyeva, Kiçik Akademiyanın prezidenti Aygün Qasımova və V-VI sinif şagirdləri iştirak edib. Əvvəlcə aparıcı Mikayıl Müşfiq haqqında məlumat verib. Daha sonra şagirdlər onun həyat və yaradıcılığı, əsərləri, irsi haqqında danışıb, şeirlər söyləyiblər. Bundan əlavə Humanitar fənlər bölməsinin rəhbəri Əminə İslamovanın hazırladığı divar qəzeti nümayiş etdirilib. Tədbirin sonunda çıxış edən müəllimlər tədbirin ərsəyə gəlməsində iştirak edən şagirdlərə təşəkkür edib, dərslərində uğurlar arzulayıblar.

Ətraflı

KA-nın təşkilatçılığı ilə təqdimat keçirilib30 may 2023-cü il tarixində məktəbin KA-nın Texniki fənlər bölməsinin rəhbəri Nihad Hüseynzadənin təşəbbüsü ilə "Riyaziyyat hər yerdə" adlı təqdimat keçirilib. Təqdimatda məktəbin fənn metodbirləşmə rəhbəri Gülnarə Əliyeva, riyaziyyat müəllimi Nargilə Kərimova və V-VI sinif şagirdləri iştirak edib. Şagirdlər riyaziyyat haqqında araşdırdıqları məlumatlarla təqdimata başlayıblar. Daha sonra riyaziyyatın gündəlik həyatımızdakı rolunu ifadə edən səhnəcik nümayiş etdirilib, şeirlər söylənilib. Bundan əlavə VII-VIII sinif şagirdləri tərəfindən divar qəzetlərinin hazırlanma prosesi slaydlar şəklində təqdim olunub. Təqdimatın sonunda çıxış edən müəllimlər şagirdlərə təşəkkür edib, onlara dərslərində uğurlar arzulayıblar.

Ətraflı

"Kiçik Akademiya"nın rayon konfransı keçirilibBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mütəmadi olaraq “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müxtəlif fəaliyyətlər təşkil edilir. Bu istiqamətdə keçirilən tədbirlərdən biri də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kiçik Akademiya” təqdimatları” adlı rayon konfransı olub. 23 may 2023-cü il tarixində keçirilən rayon konfransında məktəbin KA-nın Ekologiya bölməsinin rəhbəri Həsən Qədirov "Ekologiyamızı qoruyaq" adlı təqdimatla çıxış edib.

Ətraflı

Şagirdin fərdi sərgisi təşkil edilib22 may 2023-cü il tarixində KA-nın Mədəniyyət bölməsinin təşəbbüsü ilə məktəbin foyesində VI "B" sinif şagirdi Zeynəb Həsənovanın fərdi sərgisi təşkil edilib. Sərgidə məktəbin direktoru, KA-nın prezidenti və Mədəniyyət bölməsinin rəhbəri, təsviri incəsənət müəllimi, digər fənn müəllimləri və şagirdlər iştirak edib. Əvvəlcə iştirakçılar şagirdin müxtəlif mövzularda çəkdiyi rəsmlərlə tanış olub. KA-nın Mədəniyyət bölməsinin rəhbəri Xədicə Primova çıxış edərək bildirib ki, sərginin keçirilməsində məqsəd şagirdlərdə yaradıcı potensialı aşkarlamaq və onlara fəaliyyətlərində dəstək olmaqdır. Daha sonra məktəbin direktoru Elçin Quliyev və bir neçə müəllim çıxış edərək şagirdin çəkdiyi rəsmlər haqqında öz fikrlərini bildirib və yaradıcılığında uğurlar arzulayıblar.

Ətraflı

KA-nın təşkilatçılığı ilə master-klass keçirilib18 may 2023-cü il tarixində məktəbin KA-nın Mədəniyyət bölməsi və təsviri incəsənət müəllimi Failə Rüstəmovanın birgə təşkilatçılığı ilə "Mənzərə janrı həvəskar rəssamların gözü ilə" adlı master-klass keçirilib. Müxtəlif siniflərdə təhsil alan rəssamlıq qabiliyyəti olan şagirdlərə KA-nın Mədəniyyət bölməsinin rəhbəri Xədicə Pirimova tərəfindən nümunə rəsmlər təqdim edilib və şagirdlərə müəyyən olunmuş vaxta qədər həmin rəsmləri öz bacarıqlarına uyğun şəkildə çəkmələri tapşırılıb. Bundan əlavə ibtidai sinif şagirdləri asfalt üzərinə müxtəlif mövzularda rəsm çəkib. Master-klassda məktəbin direktoru Elçin Quliyev, sinifdənxaric və məktəbdənkənar tərbiyə işinin təşkilatçısı Bahar Əkbərova və təsviri incəsənət müəllimi Failə Rüstəmova iştirak edib. Şagirdlər tərəfindən çəkilən rəsmlər tamamlandıqdan sonra qonaqlara nümayiş etdirilib.

Ətraflı

Şagirdlərdə şeir söyləmə bacarığını aşkarlamaq məqsədilə müsabiqə keçirilib4 may 2023-cü il tarixində məktəbin KA-sı və kitabxanasının birgə təşkilatçılığı ilə şeir müsabiqəsi keçirilib. Azərbaycan ədəbiyyatının görkəmli şairi Əhməd Cavadın anadan olmasının 131-ci ildönümü münasibətilə keçirilən "Poeziyanı sevirik" adlı müsabiqədə münsiflər heyəti olaraq məktəbin direktoru Elçin Quliyev, sinifdənxaric və məktəbdənkənar tərbiyə işinin təşkilatçısı Bahar Əkbərova, Azərbaycan dili və ədəbiyyat müəllimləri, kitabxana müdiri iştirak edib. Müəyyən edilmiş meyarlara əsasən keçirilən müsabiqədə şagirdlər müxtəlif şeirlər söyləyib. Münsiflər heyətinin qərarı ilə final mərhələsinə vəsiqə qazanan iştirakçılar başqa bir şeirlə yenidən çıxış edib. Sonda ümumi meyarlara əsasən münsiflər heyətinin birgə qərarı ilə I, II, III yerlər müəyyən olunub və Diplomla təltif edilib.

Ətraflı

KA-nın təşkilatçılığı ilə inşa yazı müsabiqəsi keçirilib3 May - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə məktəbdə "Müasir mətbuatın inkişafı uşaqların gözü ilə" adlı inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə münsiflər heyəti olaraq Azərbaycan dili və ədəbiyyat metodbirləşmə sədri Seyran Cəfərli, UBTR Nigar Şəfiyeva, KA-nın prezidenti və vitse-prezidentləri iştirak edib. İnşa yazı müsabiqəsində məktəbin müxtəlif siniflərində təhsil alan 10 şagird iştirak edib. Müəyyən meyarlara əsasən həyata keçirilən müsabiqədə şagirdlərə mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün 90 dəqiqə vaxt verilib. Şagirdlər inşa yazını yazıb bitirdikdən sonra münsiflər heyəti tərəfindən yoxlanılması üçün təqdim edib.

Ətraflı

Valideynlərin məktəblə birgə könüllü fəaliyyətiŞagirdlərin rəsm və rəqs bacarıqlarını inkişaf etdirmək üçün məktəbdə dərnək təşkil edilib. Dərnəklərin təşkil edilməsinə məktəbin KA-sı və valideyn icmasının birgə əməkdaşlığı da öz töhfəsini verib. Belə ki, Xl "A" sinif şagirdi Fatimə Rüstəmovanın valideyni Elnarə İsgəndərova tərəfindən təşkil olunan təmənnasız rəsm dərnəyi müxtəlif siniflərdə təhsil alan şagirdlərdə böyük marağa səbəb olub. Dərnəyin fəaliyyətə başlamasından az müddət keçsə də artıq şagirdlər fəallıq göstərərək KA-nın "Rəngarəng dünyanın istedaları" layihəsinə qoşulub. Belə ki, layihə çərçivəsində ibtidai binanın divarlarına çəkiləcək rəsmlərə dərnək rəhbərinin dəstəyi ilə bir neçə üzv də cəlb olunub.

Ətraflı

KA-nın növbəti layihəsi həyata keçirilibKiçik Akademiyanın Mədəniyyət bölməsinin təşəbbüsü ilə "Rəngarəng dünyanın istedadları" adlı layihəyə start verilib. Belə ki, layihə çərçivəsində məktəbin divarlarına istedadlı şagirdlər tərəfindən müxtəlif rəsmlər çəkilib və növbəti rəsmlərin eskizləri hazırlanıb. Layihənin həyata keçirilməsində məqsəd istedalı şagirdlərin aşkara çıxarılması və onlarda yaradıcı təfəkkürün formalaşdırılmasıdır.

Ətraflı

Kiçik Akademiyalar arasında əməkdaşlıq görüşü keçirilib1 may 2023-cü il tarixində Sabunçu rayonu 113 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının prezidenti Cabbar Yolçiyev və akademiyanın bir neçə bölmə rəhbəri məktəbə işgüzar görüşə gəlib. Görüşdə məktəbin direktoru Elçin Quliyev, KA-nın prezidenti və üzvləri iştirak edib. Əməkdaşlıq görüşü zamanı akademiya üzvləri birgə fəaliyyət barədə müzakirələr aparıb, yaxın müddət ərzində həyata keçirməyi planlaşdırdıqları lahiyələri müəyyən ediblər. Daha sonra KA üzvləri məktəbin akt zalı, idman meydançası və ibtidai korpusu ilə tanış olublar. Görüşün sonunda Kiçik Akademiyaların birgə əməkdaşlığının davamlı olması əsas prioritet götürülüb.

Ətraflı

Şagirdlərlə görüş keçirilib10 aprel 2023-cü il tarixində məktəbin direktor əvəzi Elçin Quliyev müxtəlif siniflərdə təhsil alan bir qrup şagirdlərlə görüş keçirib. Görüşdə şagirdlərin fikirləri dinlənilib və rəhbərlik tərəfindən ətraflı cavablandırılıb. Həmçinin görüşdə 113 nömrəli tam orta məktəbinin Kiçik Akademiya prezidenti Cabbar Yolçiyev də iştirak edib. Məktəbin "Kiçik Akademiya"sının fəaliyyətinin inkişaf etdirilməsinə dair bir sıra tövsiyələr verən Cabbar Yolçiyev, birgə əməkdaşlıq çərçivəsində akademiyaların qarşılıqlı əlaqələrinin yaranmasının inkişaf mərhələsində mühüm rol oynayacağını qeyd edib. Sonda "Kiçik Akademiya"ların əsas məqsədinin şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsindən ibarət olduğu bildirib.

Ətraflı

“Shakespear’s life & activities” adlı təqdimat keçirilib26 aprel 2023-cü il tarixində xarici dil aylığı çərçivəsində məktəbin ingilis dili müəllimi Kəmalə Əliyeva və Kiçik Akademiyanın birgə təşkilatçılığı ilə dahi Şekspirin həyat və yaradıcılığına həsr olunmuş “Shakespear’s life & activities” adlı təqdimat keçirilib. Əvvəlcə X “A” və X “B” sinif şagirdləri tədqiq etdikləri materialları nəzərə çatdırıb və “Shakespear’s corner” qəzeti hazırlayıblar. Daha sonra şairin həyatı, yaradıcılığı, Qlob teatrının fəaliyyəti haqında məlumat verilib. Sonda şagirdlər tərəfindən Şekspirin sonetlərindən və dram əsərlərindən parçalar ifa olunub.

Ətraflı

"Dünya ölkələri" adlı intellektual yarış keçirilib25 aprel 2023-cü il tarixində Kiçik Akademiyanın təşkilatçılı ilə "Dünya ölkələri" adlı intellektual yarış keçirilib. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Əvvəlcə intellektual oyunun təşkil olunmasında fəal iştirak edən, KA-nın vitse-prezidenti X sinif şagirdi Əliəkbər Novruzov çıxış edib. O, bildirib ki, oyunun keçirilməsində əsas məqsəd şagirdlərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının yüksəldilməsinə şərait yaratmaq, onlara komanda şəklində işləmək bacarıqlarını aşılamaq və sağlam rəqabət hissini formalaşdırmaqdan ibarətdir. Daha sonra məktəbin coğrafiya müəllimi Aytəkin Məlikova çıxış edərək şagirdlərə uğurlar arzulayıb və belə yarışların keçirilməsinin şagirdlərin inkişafında xüsusi rol oynadığını qeyd edib. Yarışda Vll-VIII siniflərdən ibarət 6 komanda iştirak edib. Onlara verilən suallar dünya ölkələrinin paytaxtları mövzusunu əhatə edib. Güclü mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən l yeri - VIII "C" ("Avstraliya"), ll yeri - VII "B" ("Antraktida"), lll yeri - VIII "B" ("Asiya") komandaları qazanmışdır. Yarışın sonunda məktəbin direktoru Elçin Quliyev çıxış edərək qalib komandaları təbrik edib və ilk üç yeri qazanan komandalar I, II, III yerə layiq görüldüklərinə görə Diplomla təltif edilib.

Ətraflı

"Əlaçı" adlı intellektual bilik yarışı keçirilib20 aprel 2023-cü il tarixində Kiçik Akademiyanın Tədbirlər Planına uyğun olaraq məktəbin kitabxanasında şagirdlər arasında intellektual səviyyələrinin yüksəldilməsinə şərait yaratmaq və inkişaf etdirmək məqsədilə "Əlaçı" adlı intellektual bilik yarışı keçirilib. Bilik yarışında Vll-lX sinif şagirdləri fəal iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə intellektual oyun açıq elan edilib. Kiçik Akademiyanın vitse-prezidenti Əliəkbər Novruzovun moderatorluğu ilə baş tutan yarışda oyunun qaydaları haqqında iştirakçılara məlumat verilib. 3 mərhələdən ibarət olan oyunun nəticələrinə əsasən 1-ci yerə İsmayıl Xalıkzadə (VII "A"), 2-ci yerə Əlikərim Abasov (VIII "C") və 3-cü yerə isə Mirzə Munisbəxtim (IX "C") layiq görülərək mükafatlandırılıblar.

Ətraflı

"Ən kreativ dibçək" adlı müsabiqə keçirilibÜmumdünya Yer Kürəsi Günü ilə əlaqədar məktəbin Kiçik Akademiyası üzrə fəaliyyət göstərən Ekologiya bölməsinin təşəbbüsü ilə siniflər arasında "Ən kreativ dibçək" adlı müsabiqə həyata keçirilib. Müsabiqə çərçivəsində yaradıcı şagirdlər tərəfindən hazırlanmış dibçəklərin sərgisi təşkil edilib. Ekologiya bölməsinin rəhbəri Həsən Qədirov sərginin mahiyyəti haqqında məlumat verib. Daha sonra münsiflər heyətindən təsviri incəsənət müəllimi Failə Rüstəmova və kitabxana müdiri Rəqsanə Həşimova da öz fikirlərini bildirib.

Ətraflı

Kiçik Akademiyanın iclası keçirilib14 aprel 2023-cü il tarixində məktəbin yeni tərkibdə yaradılmış KA-nın ilk iclası keçirilib. İclasda məktəbin direktoru Elçin Quliyev, tərbiyə işləri üzrə direktor müavini Bahar Əkbərova, kitabxana müdiri, psixoloq, KA-nın prezidenti və üzvləri iştirak edib. Əvvəlcə akademiyanın prezidenti çıxış edərək KA-nın bölmələri, strukturu barədə məlumat verib. Daha sonra bölmə rəhbərləri təhkim olunduqları bölmələrdə həyata keçirilən və planlaşdırılan layihələrdən danışıblar. Məktəbin direktoru Elçin Quliyev şagirdlərin irəli sürdükləri layihələr haqqında fikirlərini bildirib və yeni tərkibdə yaradılmış Kiçik Akademiyaya fəaliyyətində uğurlar diləyib. İclasın sonunda "Zəfər" məktəblilər arası 1-ci tarix olimpiadasında fəal iştirak edən X "B" sinif şagirdi, həmçinin KA-nın vitse-prezidenti Əliəkbər Novruzova BŞTİ tərəfindən göndərilən tərifnamə təqdim olunub.

Ətraflı

"Düşünən oxucu" adlı müsabiqə keçirilib13 aprel 2023-cü il tarixində məktəb kitabxanası və Kiçik Akademiyanın birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Düşünən oxucu" adlı müsabiqə keçirilib. Müsabiqədə məktəbin tərbiyə işləri üzrə direktor müavini, kitabxana müdiri, Azərbaycan dili və ədəbiyyat müəllimi, Kiçik Akademiyanın prezidenti və vitse-prezineti iştirak edib. VIII sinif şagirdləri arasında bədii kitab oxumaq və əsərin müzakirəsi ilə bağlı keçirilən müsabiqədə onlara maksimum 5 dəqiqə ərzində "Hacı Qara" əsərinin mövzusu və ideyasını təhlil etmələri tapşırılıb. Təqdimatdan sonra münsiflər heyəti şagirdlərə suallarla müraciət ediblər. Sonda verilən cavablar və təqdimatlara əsasən münsiflər heyəti öz rəylərini bildirərək şagirdləri Diplom və Fəxri Fərmanla təltif ediblər.

Ətraflı

Ana Dili Günü münasibətilə təqdimatlar dinlənilibSağdır dilim, demək, sağdır şərafətim, ləyaqətim. Sağdır, demək, milyard yaşlı məmləkətim. (X. R. Ulutürk) Məlum olduğu kimi hər il fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu münasibətlə məktəbin Kiçik Akademiyası nəzdində növbəti araşdırma mövzularının təqdimatı keçirildi. Belə ki, şagirdlər "Dil və xalqın tarixi", "Ana dili və mədəniyyət", "Azərbaycan ədəbi dili", "Dil və təfəkkür", "Ana dilimiz milli-mənəvi sərvətimizdir", "Azərbaycan dilinin genetik kökləri", "Azərbaycan dili dünən və bu gün", "Dilimiz və ədəbiyyatımız" mövzuları üzrə araşdırıb topladıqları məlumatları təqdim etdilər. Sonda ana dilinə həsr olunmuş şeirlər səsləndirildi.

Ətraflı

"İstilik mühərrikləri və onların həyatımızdakı rolu" mövzusunda təqdimat keçirildi23 fevral 2023-cü il tarixində məktəbin Kiçik Akdemiyası nəzdində Fizika fənni üzrə "İstilik mühərrikləri və onların həyatımızdakı rolu" mövzusunda təqdimat keçirildi. Əvvəlcə mövzu ilə bağlı şagirdlərin təqdimatları dinlənildi, videoçarxa baxıldı. Çıxışlar zamanı istilik mühərriklərinin növü, faydalı iş əmsalı, tətbiq sahələri, onların təbiətdəki rolu, həmçinin təbiətə vurduğu ziyan haqqında dolğun məlumat verildi. Bundan başqa şagirdlər daxiliyanma mühərriklərindən dizel və karbiratorlu mühərrikin fərqlərini, dizel mühərrikinin daha az yancaq sərf etdiyini, ətraf mühiti daha az çirkləndirdiyini vurğuladılar.

Ətraflı

"Məşhur səyyahlar" mövzusunda təqdimatlar dinlənildi3 fevral 2023-cü il tarixində məktəbin Kiçik Akademiyasının təbiət bölməsi nəzdində "Məşhur səyyahlar" mövzusunda təqdimatlar dinlənildi. Belə ki, coğrafiya müəllimi Aytəkin Məlikovanın rəhbərliyi ilə şagirdlər əvvəlcədən topladıqları məlumatları təqdim etdilər. Təqdimata kiçik qruplar şəklində hazırlaşan şagirdlər, əsasən, Fernan Magellan, Tur Heyerdal, Xristofor Kolumb və başqa səyyahların marşrutlarını, onların coğrafiya elminə verdikləri töhfələri təqdim etdilər. Təqdimat zamanı şagirdlər öz seçimlərini əsaslandırıb, ekspedisiyanın nəticələrini digər qruplarla bölüşdülər. Həmçinin azərbaycanlı səyyahlar haqqında da ətraflı məlumatlar təqdim olundu.

Ətraflı

"HÜSEYN CAVİD - 140" ADLI TƏDBİR KEÇİRİLDİKəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü. (H. Cavid) Bu il yazdığı əsərlərlə haqsızlığa, müharibəyə qarşı mübarizə aparan, sülh, yenilik, birlik tərəfdarı olan şair, dramaturq Hüseyn Cavidin 140 illik yubileyi qeyd edilir. Bu münasibətlə 26 dekabr 2022-ci il tarixində məktəbin Kiçik Akademiyası nəzdində konfrans keçirildi. Əvvəlcə Hüseyn Cavidin yaradıcılığı barədə məlumat verildi. Daha sonra şagirdlər əvvəlcədən araşdırıb topladıqları mövzuları təqdim etdilər. Belə ki, Zərbəliyeva Fatimə "Cavid yaradıcılığında ana və qadın mövzusu", "İblis - insan", Bayraməliyeva Ayşən "Cavid dramaturgiyası", Güləliyev Elgün "Cavid yaradıcılığında müasirlik", İsmayılova Hənifə "Mənim tanrım gözəllikdir, sevgidir", Hüseynzadə Nihad "Cavid yaradıcılığında müharibə və onun törətdiyi bəlalar" mövzuları üzrə çıxış etdilər. Sonda Cavid yaradıcılığına aid aforizmlər və şeirlər səsləndirildi

Ətraflı

“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq bacarığının formalaşdırılması, elm sahələrinə artması məqsədi ilə tədqiqatçılıq müsabiqəsi keçirildi3 dekabr 2019-cu il tarixində “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq bacarığının formalaşdırılması, elm sahələrinə artması məqsədi ilə VIII-X siniflər arasında tədqiqatçılıq müsabiqəsi keçirildi. Müxtəlif mövzular üzrə araşdırma aparan şagirdlər öz tədqiqat mövzularını təqdim etdilər. Təqdimatlardan biri ikinci mərhələ üçün seçildi. Seçim zamanı dinlənilən mövzuların məzmunu, həcmi, faydalı olması, ayrılan vaxta uyğunluğu nəzərə alındı. Sonda şagirdlər tərəfindən həmin mövzuya aid divar qəzeti də hazırlandı

Ətraflı

“Kiçik Akademiya”nın növbəti seminarı keçirildi3 dekabr 2019-cu il tarixində “Kiçik Akademiya”nın aparıcı müəllimi Nargilə Kərimovanın rəhbərliyi ilə “Kiçik Akademiya”nın növbəti seminarı keçirildi. Bu seminarda tədqiqatçı riyaziyyatçılar iştirak edirdi. Şagirdlər aparılan tədqiqat mövzusu haqqında məlumat verdilər. Sonra isə tədqiqat mövzusu olaraq “Ədədlər və kəsrlər” haqqında hazırladıqları tədqiqatları təqdim etdilər. Müzakirədən sonra yeni tədqiqat mövzusu olaraq “Mənfi ədədlər” mövzusunu seçildi.

Ətraflı
HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Ş&uum...

BİZİM FƏXRLƏRİMİZ

Qurbanov Elmar Gülbala

Həmzəyev Fuad Firudin

HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Ş&uum...

BİZİM FƏXRLƏRİMİZ

Qurbanov Elmar Gülbala

Həmzəyev Fuad Firudin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi