İntellektual oyun keçirilib

Yanvar ayının 9-da “Kiçik Akademiya”nın texniki fənlər üzrə rəhbəri, XI sinif şagirdi Hüseynzadə Nihad və kitabxana müdiri Rəqsanə Həşimovanın təşkilatçılığı ilə dünyagörüşü mövzusunda IX-X sinif şagirdləri arasında intellektual oyun keçirilib. Oyunun keçirilməsinin əsas məqsədi məktəblilərin dünyagörüşünü inkişaf etdirmək, intellektual səviyyəsi yüksək olan şagirdləri üzə çıxarmaqdan ibarət olub. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. İntellektual oyunun gedişatını məktəb rəhbərliyindən ibarət münsiflər heyəti izləyib. Yarışda qarşılaşacaq komandalar püşklər əsasında təyin olunub. Belə ki, püşkatmanın nəticələrinə əsasən IX “A” sinfinin komandası X”A” sinfinin komandası ilə, IX “B” sinfinin komandası IX “C” sinfinin komandası ilə, X “B” sinfinin komandası X “C” sinfinin komandası ilə qarşılaşıb. Final mərhələsinə IX”B”, X”A”, X”C” sinfinin komandaları vəsiqə qazanıb. Final mərhələsinin nəticələrinə əsasən I yerə X “C” sinfinin komandası, II yerə X “A” sinfinin komandası, III yerə IX “B” sinfinin komandası layiq görülüb. Iştirakçı komandalar Diplom, qalib komanda isə Diplom və kubokla təltif edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi