Coğrafiya fənni üzrə intellektual yarış keçirilib

Dekabr ayının 15-də “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində məktəbin kitabxana müdiri Rəqsanə Həşimovanın və “Kiçik Akademiya”nın “Texniki fənnlər” bölməsinin rəhbəri, XI “C” sinif şagirdi Nihad Hüseynzadənin təşkilatçılığı ilə Beynəlxalq Dağlar Gününə həsr olunmuş Coğrafiya fənni üzrə intellektual yarış keçirilib. Yarışın keçirilməsinin əsas məqsədi ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, ətraf mühiti qorumaq, şagirdlərin təbiət elmlərinə olan marağını artırmaqdan ibarət olub. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yarışda VI və VII sinif şagirdləri iştirak edib. Yarışın gedişatını məktəb rəhbərliyindən və müəllimlərdən ibarət münsiflər heyəti izləyib. Yarış 3 mərhələdən ibarət olub. İlk müsabiqə VI siniflər arasında keçirilib. Bu siniflər arasında rəqiblərindən daha çox suala düzgün cavab verən VI “B” sinfini təmsil edən “Planet” komandası finala vəsiqə qazanıb. İkinci yarış VII siniflər arasında keçirirlib və bu yarışda VII “B” sinfini təmsil edən “Neptun” komandası qalib gəlib. Final mərhələsində hər iki komanda qarşılaşaraq “Neptun” komandasının qalibiyyəti ilə başa çatıb. Yarışın nəticələrinə əsasən I yerə VII “B” sinfinin “Neptun” komandası, II yerə VI “B” sinfinin “Planet” komandası və III yerə VII “A” sinfinin “Fəttahlar” komandası layiq görülüb. Qalib komandalar məktəb rəhbərliyi tərəfindən Diplomla mükafatlandırılıb. Yarışın sonunda məktəbin təşkilatçısı Bahar Əkbərova və coğrafiya müəllimi Aytəkin Məlikova çıxış edərək şagirdləri təbrik edib, dərslərində müvəffəqiyyətlər arzulayıblar. Sonda xatirə şəkli çəkilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi