“Hər günün oxucuları” layihəsinin mükafatlandırma mərasimi keçirilib

May ayının 21-də “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində “Hər günün oxucuları” adlı layihənin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə məktəbin direktoru Abbasova Zümrüd, təşkilatçı Əkbərova Bahar, kitabxana müdiri Həşimova Rəqsanə, təsviri incəsənət müəllimi Rüstəmova Failə və valideynlər iştirak edib. Müsabiqənin nəticələrinə əsasən ibtidai siniflər üzrə: I yerə-Xədicə Allahverdiyeva (IV”A” sinfi), II yerə-Mirhüseyn Əkbərov (III “A” sinfi), III yerə- Günay Rəhimova ( IV “A” sinfi), yuxarı siniflər üzrə: I yerə- Xanım Kazımova (VII “A” sinfi ), II yerə-Əfsanə Mahmudova (VIII “A” sinfi), III yerə- Günay Quluzadə (VII “A” sinfi) layiq görülərək Diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qeyd edək ki, “Hər günün oxucuları” adlı layihəsinə “Kiçik Akademiya”nın vitse-prezidenti, X sinif şagirdi Əminə İslamovanın təşəbbüsü ilə aprel ayının 9-dan start verilib. Layihənin keçirilməsinin əsas məqsədi kitab oxuyanları bir yerə toplamaq, aralarında ünsiyyət, şəbəkələşmə yaratmaq və ümumilikdə iştirakçılarda davamlı olaraq kitab oxuma həvəsi yaratmaqdan ibarət olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi