"How we can learn English?” adlı təqdimat - dərs keçirilib
May ayının 24-də “Kiçik Akademiya”nın təşkilatçılığı ilə VII siniflərlə "How we can learn English?" adlı təqdimat - dərs keçirilib.
Təqdimat-dərsdə təşkilatçı Bahar Əkbərova, “Kiçik Akademiya”nın prezidenti Təranə Nəcəfova və ingilis dili müəllimləri iştirak edib.
Əvvəlcə KA-nın xarici dillər kafedrasının rəhbəri Ruqəyyaxanım Rəhimova xarici dil öyrənməyin önəmindən danışaraq xarici dil öyrənməyi asanlaşdıran üsullar haqqında məlumat verib. Sonra şagirdlər arasında ingilis dilində söz ehtiyatını artıran intellektual oyun keçirilib. Oyun bitdikdən sonra xarici dilləri öyrənməyi asanlaşdıran digər üsullardan da bəhs olunub. Daha sonra “sual-cavab” oyunu keçirilib. Dərsin sonunda müəllimlər çıxış edərək xarici dil öyrənməyin faydalarından danışaraq, təqdimatlara görə “Kiçik Akademiya”nın iştirakçılarına təşəkkür ediblər.