"Life in the Future" adlı seminar məşğələ keçirilib

Noyabr ayının 27-də "Kiçik Akademiya"nın nəzdində fəaliyyət göstərən Dillər kafedrası tərəfindən (kafedranın rəhbəri VII"A" sinif şagirdi Rəhimova Ruqiyyəxanım) VIII sinif şagirdləri ilə "Life in the Future" adlı seminar məşğələ keçirilib. Məşğələdə şagirdlərin gələcək həyat haqqında fikirləri və təsəvvürləri dinlənilib, həmçinin mövzu ətrafında müzakirələr aparılıb. "Life in the future " adlı təqdimatlar səsləndirilib və divar qəzetləri nümayiş etdirilib. Seminarda KA-nın vitse-prezidenti X sinif şagirdi Əminə İslamova da çıxış edərək gələcəkdə təhsil, texnologiya, texnikaları necə görmək istədiyi haqqında fikirlərini bölüşüb. Seminarın sonunda məktəbin xarici dil metodbirləşmə rəhbəri İsmayılova Vəfa və ingilis dili müəllimi Hüseynova Natəvan da şagirdlərlə öz fikirlərini bölüşərək onlara maraqlı mövzu ətrafında seminarın təşkilinə görə öz təşəkkürlərini bildirib və dərslərində uğurlar arzulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi