FƏXRİMİZ

 

         Şəhidlər qeyrət tacı, ucalıq zirvəsidir,

         Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir...

                                                         (Əziz Musa)

         Muradov İlqar Arif oğlu 14 yanvar 1966-cı ildə Xəzər rayonu Şüvəlan qəsəbəsində anadan olub. O,  ailənin üçüncü övladı idi.  1982-ci ildə 237 saylı orta məktəbin VIII sinfini bitirərək  Binə qəsəbəsində yerləşən 101 saylı Texniki-Peşə Məktəbinə daxil olub  çilingər peşəsinə yiyələnir. İlqarın 13 yaşı olanda atası vəfat edir. 1985-ci ildə İlqar hərbi xidmətə çağırılır. O, 1987-ci ildə Amur  vilayətindəki “N” hərbi desant hissəsində hərbi xidmətini başa vuraraq Vətənə dönür.

         1990-cı il Bakıdakı “Qanlı Yanvar” hadisələrindən sonra  İlqar ərizə verib könüllü olaraq 1993-cü il yanvar ayında cəbhəyə yollanır. Ağdam rayonunun ərazisi uğrunda gedən qanlı döyüşlərdə iştirak edir. O, öz şücaəti ilə tezliklə tərkibində vuruşduğu dəstənin rəğbətini qazanır. 1994-cü il fevralın 27-də Ağdam rayonunun Baş Qərvənd kəndi uğrunda gedən amansız döyüşlərin birində düşmən snayperinə tuş gələrək şəhid olur.  “N” hərbi hissəsinin komandiri 24.05.1994- cü il tarixli 7644k nömrəli vəsatət məktubunda bildirir: “Muradov İlqar Arif oğlu son damla qanına qədər qeyrətlə vuruşdu”.

İlqar Muradovun nəşi ailəsinə təhvil verilərək Qala kənd qəbiristanlığında dəfn olunub.

          Şəhidin adını əbədiləşdirmək üçün Xəzər Rayon İcra Hakimiyyəti başçısının  2 iyul 1996-ci il tarixli Sərancamına əsasən oxuduğu  məktəbə və onun yaşadığı küçəyə adı verilib. 1997-ci il sentyabr ayında  İlqar Muradovun məktəb ərazisində büstü qoyulub. 

          Bir çox mətbuat orqanlarında İlqarın qısa, lakin mənalı həyat və döyüş yoluna həsr olunmuş məqalələr dərc olunub.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi