İntellektual müsabiqə keçirilib

Noyabr ayının 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-403F/2023 nömrəli əmrini rəhbər tutaraq Yaşıl layihə: “Təbiəti sevənlər” layihəsi çərçivəsində məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın texniki fənlər bölməsinin rəhbəri XI “C” sinif şagirdi Nihad Hüseynzadənin təşəbbüsü ilə (KA-nın prezidenti Təranə Nəcəfova) Coğrafiya fənni üzrə intellektual müsabiqə keçirilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin, ekologiyanın mühafizəsi və Coğrafiya fənninə marağın artırılmasından ibarət olub. Müsabiqədə VIII və IX sinif şagirdləri iştirak edib. İntellektual müsabiqə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Üç mərhələdə keçirilən yarışın nəticələrinə görə I yerə VIII “B” sinfinin “Viktoriya” komandası, II yerə IX “C” sinfinin “IX Planet” komandası və III yerə IX “A” sinfinin “Polaris” komandası layiq görülüb. Qalib komandalar məktəb rəhbərliyi tərəfindən Diplomla mükafatlandırılıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi