“Assimilyasiya” termini haqqında təqdimat keçirilib

Dekabr ayının 18-də "Kiçik Akademiya"nın Humanitar fənlər bölməsinin rəhbəri, VII "A" sinif şagirdi Fatimə Qulubəyovanın dilçilikdə “Assimilyasiya” termini haqqında təqdimatı dinlənilib. Təqdimatın keçirilməsinin əsas məqsədi dilçilik terminlərindən biri olan Assimilyasiya və onun başqa elm sahələrində hansı anlama gəldiyi haqqında şagirdləri məlumatlandırmaqdan ibarət olub. Təqdimat-dərsi məktəbin direktor əvəzi İlham Məmmədyarov, KA-nın prezidenti Təranə Nəcəfova, metodiki şuranın sədri Aytəkin Məlikova, ədəbiyyat müəllimləri- Yeganə Aslanova və Seyran Cəfərli izləyib. Q, Fatimə Assimilyasiya, onun təsir istiqamətinə və terminlərə görə növləri haqqında məlumat verib. Sonra müəllimlər tərəfindən KA-nın üzvlərinə tədqiqat sualı verilib. Şagirdlər sual ətrafinda öz fikirlərini bildiriblər. Sonda məktəblilərə digər elm sahələrində Assimilyasiyanın izahı haqqında təqdimat hazırlamaq tapşırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi