HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 237 nömrəli tam orta məktəb 1964 -cü ildə tikilib və şagirdlərin istifadəsinə verilib. Bu təhsil ocağı torpaqlarımızın azadlığı uğrunda canından keşmiş I Qarabağ şəhidi İlqar Muradovun adını daşıyır.

2009-cu ildə Heydər Əliyev fondunun təşəbbüsü ilə müasir tələblərə cavab verən səviyyədə təmir olunub. Məktəbin sinif otaqları, laboratoriyalar, idman zalı, yeməkxana, akt zalı, zəngin kitab fonduna malik kitabxana müasir standarlara cavab verir. Burada 775 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 63 müəllim məşğul olur. Məktəbin fəaliyyətinə Abbasova Zümrüd Elbrus qızı rəhbərlik edir.

Bu təhsil müəssisəsinin tanınmış və qəhrəman məzunları çoxdu.  Onlardan 7 dəfə qəsəbə xalq deputatları sovetinin deputatı, 3 çağırış Milli Məclisin deputatı seçilmiş, “Əməkdə fərqlənməyə görə” medalı və “Şöhrət” ordeni ilə təltif olunmuş, hal - hazırda Mərkəzi Seçki Komissiyasının sədr müavini vəzifəsində çalışan Şaitdin Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gülağa Bayram oğlu İslamov, Xəzər Rayon İcra Hakimiyyətinin hazırkı başçısı Elşən Rövşən oğlu Salahov, Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov,  Azərbaycan Dövlət Kukla Teatrının sabiq rejissoru mərhum Rəhman Əlizadə, “Azərbaycan Reklamçılar İttifaqı”nın sabiq sədri mərhum Hacıəmi Atakişiyev, Azərbaycan Respublikasının xalq artisti Nuriyyə Əhmədova, Əməkdar artist Kəmalə Rəhimli,  44 günlük Vətən Müharibəsi şəhidləri Kamran Füzuli oğlu Hacıyev və Səxavət Adgözəl oğlu Məmmədovun  adlarını fəxrlə çəkmək olar.

          Məktəbin kollektivi 59 ildir ki, gənc nəslin təlim - tərbiyəsi ilə məşğul olur.  Hal-hazırda məktəb rəhbərliyi və müəllim kollektivi təhsildə  keyfiyyətin yüksəldilməsi, şagirdlərin meyl və maraqlarının artırılması, istedadlı şagirdlərin aşkara çıxarılması üzrə mühüm işlər görür.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi