“Breyn-rinq” psixo-intellektual oyunu keçirilib

Fevral ayının 20-də məktəbin psixoloqu Allahverdiyeva Xalidə və “Kiçik Akademiya”nın təşəbbüsü ilə “Breyn-rinq” psixo-intellektual oyunu keçirilib. Oyunun keçirilməsinin əsas məqsədi şagirdlərdə motivasiyanın artırılması, onların psixo-emosional vəziyyətinin yaxşılaşdırılmasından ibarət olub. Breyn-rinq oyunu Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Psixo-intellektual oyun 5 mərhələdən ibarət olub. Oyunun sualları KA-nın vitse-prezidenti, X sinif şagirdi-Əminə İslamovanın təqdimatında səsləndirilib. Komandaların göstərdiyi nəticələr məktəb rəhbərliyindən və müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Oyun zamanı komanda üzvləri pazllar quraşdırıb, anaqramda təqdim olunmuş terminləri tapıb, intellektual sualları cavablandırıb, Azərbaycan kino-filmlərinin adlarını mimikalar və jestlərlə komanda yoldaşlarına izah etməyə çalışıblar. Oyunun nəticələrinə görə VIII “B” sinfinin “Fantaziya” komandası I yerə, VIII “A” sinfinin “Optimist” komandası II yerə, VIII ”C” sinfinin “İdrak” komandası III yerə layiq görülüb. İştirakçı komandalar məktəb rəhbərliyi tərəfindən medal və diplomla, qalib komanda üzvləri müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi