"HÜSEYN CAVİD - 140" ADLI TƏDBİR KEÇİRİLDİ

Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü. (H. Cavid) Bu il yazdığı əsərlərlə haqsızlığa, müharibəyə qarşı mübarizə aparan, sülh, yenilik, birlik tərəfdarı olan şair, dramaturq Hüseyn Cavidin 140 illik yubileyi qeyd edilir. Bu münasibətlə 26 dekabr 2022-ci il tarixində məktəbin Kiçik Akademiyası nəzdində konfrans keçirildi. Əvvəlcə Hüseyn Cavidin yaradıcılığı barədə məlumat verildi. Daha sonra şagirdlər əvvəlcədən araşdırıb topladıqları mövzuları təqdim etdilər. Belə ki, Zərbəliyeva Fatimə "Cavid yaradıcılığında ana və qadın mövzusu", "İblis - insan", Bayraməliyeva Ayşən "Cavid dramaturgiyası", Güləliyev Elgün "Cavid yaradıcılığında müasirlik", İsmayılova Hənifə "Mənim tanrım gözəllikdir, sevgidir", Hüseynzadə Nihad "Cavid yaradıcılığında müharibə və onun törətdiyi bəlalar" mövzuları üzrə çıxış etdilər. Sonda Cavid yaradıcılığına aid aforizmlər və şeirlər səsləndirildi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi