“Elmlərin şahı” adlı tədbir keçirilib.

Oktyabr ayının 25-də məktəbdə fəaliyyət göstərən KA-nın texniki fənlər bölməsinin rəhbəri XI “C” sinif şagirdi Hüseynzadə Nihad və IX “B” sinif şagirdi İsgəndərova Zümrüdün təşkilatçılığı ilə “Elmlərin şahı” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin tədris fənlərinə maraqlarını artırmaq, onlarda yaradıcı təfəkkürü inkişaf etdirmək, asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Burada riyaziyyat tarixi haqqında məlumat verilib, “Sonsuz bir ümmandır riyaziyyat” adlı şeiri səsləndirilib. Qonaqlar “Rəqəmləri tanıyaq”, “Fiqurlar haqqında”, “Fənlərin bəhsi”, “Rəqəmlərin mübahisəsi” adlı səhnəcikləri izləyiblər. Zalda əyləşən şagirdlərlə söhbət aparılıb. Sonra VI sinif şagirdlərinin ifasında “Uzundərə” rəqsi nümayiş olunub. Riyaziyyat haqqında aforizmlər səsləndirilib. Tədbirin sonunda məktəbin direktor əvəzi Elçin Quliyev riyaziyyatın hər yerdə, hər sahədə olduğunu söyləyərək qeyd edib ki, buna görə də bu fənni həyatımız üçün çox əhəmiyyətlidir. Məktəbin təşkilatçısı, riyaziyyat müəllimi Bahar Əkbərova da çıxış edərək KA-nın əməkdaşlarına tədbirin yüksək səviyyədə təşkilinə görə öz minnətdarlığını bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi