“Zəfər bağı” salınıb

Noyabr ayının 6-da 8 Noyabr Zəfər Günü ilə əlaqədar “Əbədi qəhrəmanlar” aksiyası çərçivəsində məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın (KA-nın prezidenti Təranə Nəcəfova) və Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Xəzər Rayonu üzrə Gənclər və İdman İradəsinin təşəbbüsü ilə məktəbin həyətyanı sahəsində “Zəfər bağı” salınıb. Ağacəkmədə və Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Xəzər Rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Gündüz Vəliyev, Sektorun işçi heyəti, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib. Bağda Şam, Sərv, Palma və müxtəlif meyvə ağacları əkilib. Qeyd edək ki, “Zəfər bağı”nın salınmasının əsas məqsədi şəhidlərin xatirəsini əbədiləşdirmək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək və atmosferi oksigenlə zənginləşdirməkdən ibarət olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi