“Hər kitab bir xəzinədir” adlı “Dəyirmi masa” keçirilib

Noyabr ayının 1-də KA- nın təşəbbüsü ilə (KA-nın prezidenti Nəcəfova Təranə) VIII sinif şagirdlərinin iştirakı ilə “Hər kitab bir xəzinədir” adlı “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nın keçirilməsinin əsas məqsədi şagirdlərə milli-mənəvi dəyərlərimizin aşılanması, onların mütaliə bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrinin təbliğindən ibarət olub. “Dəyirmi masa”da Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Quliyev Seyran da iştirak edib. Burada şagirdlər Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" əsərinin təhlilini və müzakirəsini aparıblar. Sonda Akademiya üzvlərinə növbəti müzakirənin mövzusu təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi