Kiçik Akademiyalar arasında əməkdaşlıq görüşü keçirilib

1 may 2023-cü il tarixində Sabunçu rayonu 113 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının prezidenti Cabbar Yolçiyev və akademiyanın bir neçə bölmə rəhbəri məktəbə işgüzar görüşə gəlib. Görüşdə məktəbin direktoru Elçin Quliyev, KA-nın prezidenti və üzvləri iştirak edib. Əməkdaşlıq görüşü zamanı akademiya üzvləri birgə fəaliyyət barədə müzakirələr aparıb, yaxın müddət ərzində həyata keçirməyi planlaşdırdıqları lahiyələri müəyyən ediblər. Daha sonra KA üzvləri məktəbin akt zalı, idman meydançası və ibtidai korpusu ilə tanış olublar. Görüşün sonunda Kiçik Akademiyaların birgə əməkdaşlığının davamlı olması əsas prioritet götürülüb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi