Valideynlərin məktəblə birgə könüllü fəaliyyəti

Şagirdlərin rəsm və rəqs bacarıqlarını inkişaf etdirmək üçün məktəbdə dərnək təşkil edilib. Dərnəklərin təşkil edilməsinə məktəbin KA-sı və valideyn icmasının birgə əməkdaşlığı da öz töhfəsini verib. Belə ki, Xl "A" sinif şagirdi Fatimə Rüstəmovanın valideyni Elnarə İsgəndərova tərəfindən təşkil olunan təmənnasız rəsm dərnəyi müxtəlif siniflərdə təhsil alan şagirdlərdə böyük marağa səbəb olub. Dərnəyin fəaliyyətə başlamasından az müddət keçsə də artıq şagirdlər fəallıq göstərərək KA-nın "Rəngarəng dünyanın istedaları" layihəsinə qoşulub. Belə ki, layihə çərçivəsində ibtidai binanın divarlarına çəkiləcək rəsmlərə dərnək rəhbərinin dəstəyi ilə bir neçə üzv də cəlb olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi