"Əlaçı" adlı intellektual bilik yarışı keçirilib

20 aprel 2023-cü il tarixində Kiçik Akademiyanın Tədbirlər Planına uyğun olaraq məktəbin kitabxanasında şagirdlər arasında intellektual səviyyələrinin yüksəldilməsinə şərait yaratmaq və inkişaf etdirmək məqsədilə "Əlaçı" adlı intellektual bilik yarışı keçirilib. Bilik yarışında Vll-lX sinif şagirdləri fəal iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə intellektual oyun açıq elan edilib. Kiçik Akademiyanın vitse-prezidenti Əliəkbər Novruzovun moderatorluğu ilə baş tutan yarışda oyunun qaydaları haqqında iştirakçılara məlumat verilib. 3 mərhələdən ibarət olan oyunun nəticələrinə əsasən 1-ci yerə İsmayıl Xalıkzadə (VII "A"), 2-ci yerə Əlikərim Abasov (VIII "C") və 3-cü yerə isə Mirzə Munisbəxtim (IX "C") layiq görülərək mükafatlandırılıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi