KA-nın təşkilatçılığı ilə master-klass keçirilib

18 may 2023-cü il tarixində məktəbin KA-nın Mədəniyyət bölməsi və təsviri incəsənət müəllimi Failə Rüstəmovanın birgə təşkilatçılığı ilə "Mənzərə janrı həvəskar rəssamların gözü ilə" adlı master-klass keçirilib. Müxtəlif siniflərdə təhsil alan rəssamlıq qabiliyyəti olan şagirdlərə KA-nın Mədəniyyət bölməsinin rəhbəri Xədicə Pirimova tərəfindən nümunə rəsmlər təqdim edilib və şagirdlərə müəyyən olunmuş vaxta qədər həmin rəsmləri öz bacarıqlarına uyğun şəkildə çəkmələri tapşırılıb. Bundan əlavə ibtidai sinif şagirdləri asfalt üzərinə müxtəlif mövzularda rəsm çəkib. Master-klassda məktəbin direktoru Elçin Quliyev, sinifdənxaric və məktəbdənkənar tərbiyə işinin təşkilatçısı Bahar Əkbərova və təsviri incəsənət müəllimi Failə Rüstəmova iştirak edib. Şagirdlər tərəfindən çəkilən rəsmlər tamamlandıqdan sonra qonaqlara nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi