KA-nın təşkilatçılığı ilə inşa yazı müsabiqəsi keçirilib

3 May - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə məktəbdə "Müasir mətbuatın inkişafı uşaqların gözü ilə" adlı inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə münsiflər heyəti olaraq Azərbaycan dili və ədəbiyyat metodbirləşmə sədri Seyran Cəfərli, UBTR Nigar Şəfiyeva, KA-nın prezidenti və vitse-prezidentləri iştirak edib. İnşa yazı müsabiqəsində məktəbin müxtəlif siniflərində təhsil alan 10 şagird iştirak edib. Müəyyən meyarlara əsasən həyata keçirilən müsabiqədə şagirdlərə mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün 90 dəqiqə vaxt verilib. Şagirdlər inşa yazını yazıb bitirdikdən sonra münsiflər heyəti tərəfindən yoxlanılması üçün təqdim edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi