"SchoolCamp - 2023" adlı yay düşərgəsi keçirilib

17-18 avqust tarixlərində məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın nəzdində məktəbin VIII-IX sinif şagirdlərinin iştirakı ilə "SchoolCamp - 2023" adlı yay düşərgəsi keçirilib. Düşərgənin birinci günü layihə rəhbəri, XI sinif şagirdi Əliəkbər Novruzov tərəfindən şəxsi inkişaf, komanda quruculuğu və məqsədlərin təyin edilməsi modulları üzrə təlim proqramı həyata keçirilib. Sonra məktəblilər əyləncəli “coffe break” fasiləsinə ayrılıblar. Sonda KA-nın prezidenti Aygün Qasımova tərəfindən layihələrin qurulması və idarəedilməsi istiqaməti üzrə maarifləndirici söhbət aparılıb. Düşərgənin ikinci günü şagirdlərə "Məktəbli arzusu" mövzusunda müxtəlif tapşırıqlar verilib. Tapşırıqları yerinə yetirmək üçün keys üsulundan istifadə edilib. Sonra təqdimatlar dinlənilib. Düşərgə “Bir sual - bir cavab" intellektual oyunu ilə davam edib. Qeyd edək ki, düşərgənin keçirilməsinin əsas məqsədi şagirdlərin şəxsi inkişaf üzrə biliklərini artırmaqdan, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdən və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi