Kiçik Akademiyanın iclası keçirilib

14 aprel 2023-cü il tarixində məktəbin yeni tərkibdə yaradılmış KA-nın ilk iclası keçirilib. İclasda məktəbin direktoru Elçin Quliyev, tərbiyə işləri üzrə direktor müavini Bahar Əkbərova, kitabxana müdiri, psixoloq, KA-nın prezidenti və üzvləri iştirak edib. Əvvəlcə akademiyanın prezidenti çıxış edərək KA-nın bölmələri, strukturu barədə məlumat verib. Daha sonra bölmə rəhbərləri təhkim olunduqları bölmələrdə həyata keçirilən və planlaşdırılan layihələrdən danışıblar. Məktəbin direktoru Elçin Quliyev şagirdlərin irəli sürdükləri layihələr haqqında fikirlərini bildirib və yeni tərkibdə yaradılmış Kiçik Akademiyaya fəaliyyətində uğurlar diləyib. İclasın sonunda "Zəfər" məktəblilər arası 1-ci tarix olimpiadasında fəal iştirak edən X "B" sinif şagirdi, həmçinin KA-nın vitse-prezidenti Əliəkbər Novruzova BŞTİ tərəfindən göndərilən tərifnamə təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi