"Dünya ölkələri" adlı intellektual yarış keçirilib

25 aprel 2023-cü il tarixində Kiçik Akademiyanın təşkilatçılı ilə "Dünya ölkələri" adlı intellektual yarış keçirilib. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Əvvəlcə intellektual oyunun təşkil olunmasında fəal iştirak edən, KA-nın vitse-prezidenti X sinif şagirdi Əliəkbər Novruzov çıxış edib. O, bildirib ki, oyunun keçirilməsində əsas məqsəd şagirdlərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının yüksəldilməsinə şərait yaratmaq, onlara komanda şəklində işləmək bacarıqlarını aşılamaq və sağlam rəqabət hissini formalaşdırmaqdan ibarətdir. Daha sonra məktəbin coğrafiya müəllimi Aytəkin Məlikova çıxış edərək şagirdlərə uğurlar arzulayıb və belə yarışların keçirilməsinin şagirdlərin inkişafında xüsusi rol oynadığını qeyd edib. Yarışda Vll-VIII siniflərdən ibarət 6 komanda iştirak edib. Onlara verilən suallar dünya ölkələrinin paytaxtları mövzusunu əhatə edib. Güclü mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən l yeri - VIII "C" ("Avstraliya"), ll yeri - VII "B" ("Antraktida"), lll yeri - VIII "B" ("Asiya") komandaları qazanmışdır. Yarışın sonunda məktəbin direktoru Elçin Quliyev çıxış edərək qalib komandaları təbrik edib və ilk üç yeri qazanan komandalar I, II, III yerə layiq görüldüklərinə görə Diplomla təltif edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi