1 Oktyabr – Beynəlxalq Musiqi Günüdür

   Oktyabr ayının 2-də məktəbin kitabxana müdiri Həşimova Rəqsanə, musiqi müəllimi Rüstəmova Failə və KA-nın (KA-nın prezidenti Nəcəfova Təranə və vitse-prezidenti X”A” sinif şagirdi İslamova Əminə) təşəbbüsü ilə VII sinif şagirdləri arasında 1 Oktyabr – Beynəlxalq Musiqi Gününə həsr olunmuş musiqili viktorina keçirilib. Viktorinanın keçirilməsinin əsas məqsədi Beynəlxaq Musiqi Gününü qeyd etmək, şagirdlərə beynəlxalq və milli musiqi, o cümlədən  bəstəkarlar haqqında məlumat vermək, onların musiqiyə olan meyil və maraqlarını daha da artırmaqdan ibarət olub. Viktorinada üç komanda- “Romans” (VII “A” sinif şagirdləri), “Xarıbülbül” (VII “B” sinif şagirdləri) və “Melodiya” (VII “C” sinif şagirdləri) komandaları iştirak edib. Musiqili viktorina üç mərhələdən - I mərhələ açıq tipli suallar, II mərhələ qapalı suallar və III mərhələ dinləmədən ibarət olub. Komandaların verdikləri cavablar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Viktorinanın ümumi nəticələrinə əsasən “Romans” komandası qalib olub. İştirak edən komandalara məktəbin təşkilatçısı Əkbərova Bahar tərəfindən Diplomlar təqdim olunub. Sonda xatirə şəkli çəkilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi