Ana Dili Günü münasibətilə təqdimatlar dinlənilib

Sağdır dilim, demək, sağdır şərafətim, ləyaqətim. Sağdır, demək, milyard yaşlı məmləkətim. (X. R. Ulutürk) Məlum olduğu kimi hər il fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu münasibətlə məktəbin Kiçik Akademiyası nəzdində növbəti araşdırma mövzularının təqdimatı keçirildi. Belə ki, şagirdlər "Dil və xalqın tarixi", "Ana dili və mədəniyyət", "Azərbaycan ədəbi dili", "Dil və təfəkkür", "Ana dilimiz milli-mənəvi sərvətimizdir", "Azərbaycan dilinin genetik kökləri", "Azərbaycan dili dünən və bu gün", "Dilimiz və ədəbiyyatımız" mövzuları üzrə araşdırıb topladıqları məlumatları təqdim etdilər. Sonda ana dilinə həsr olunmuş şeirlər səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi