Şagirdlərlə görüş keçirilib

10 aprel 2023-cü il tarixində məktəbin direktor əvəzi Elçin Quliyev müxtəlif siniflərdə təhsil alan bir qrup şagirdlərlə görüş keçirib. Görüşdə şagirdlərin fikirləri dinlənilib və rəhbərlik tərəfindən ətraflı cavablandırılıb. Həmçinin görüşdə 113 nömrəli tam orta məktəbinin Kiçik Akademiya prezidenti Cabbar Yolçiyev də iştirak edib. Məktəbin "Kiçik Akademiya"sının fəaliyyətinin inkişaf etdirilməsinə dair bir sıra tövsiyələr verən Cabbar Yolçiyev, birgə əməkdaşlıq çərçivəsində akademiyaların qarşılıqlı əlaqələrinin yaranmasının inkişaf mərhələsində mühüm rol oynayacağını qeyd edib. Sonda "Kiçik Akademiya"ların əsas məqsədinin şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsindən ibarət olduğu bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi