Şairlər Günü ilə əlaqəli tədbir keçirilib

5 iyun 2023-cü il tarixində "Kiçik Akademiya"nın Humanitar fənlər bölməsinin rəhbəri Əminə İslamovanın təşəbbüsü ilə şagirdlərə şairlərimizi tanıtmaq məqsədilə tədbir təşkil edilib. "Azərbaycan poeziyasında Müşfiq Zirvəsi" adlı tədbir Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, habelə ədəbiyyatımızın görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 115-ci ildönümünə həsr edilib. Tədbirdə fənn metodbirləşmə rəhbəri Seyran Cəfərli, Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Xələfova, Uşaq Birliyi Təşkilatının rəhbəri Nigar Şəfiyeva, Kiçik Akademiyanın prezidenti Aygün Qasımova və V-VI sinif şagirdləri iştirak edib. Əvvəlcə aparıcı Mikayıl Müşfiq haqqında məlumat verib. Daha sonra şagirdlər onun həyat və yaradıcılığı, əsərləri, irsi haqqında danışıb, şeirlər söyləyiblər. Bundan əlavə Humanitar fənlər bölməsinin rəhbəri Əminə İslamovanın hazırladığı divar qəzeti nümayiş etdirilib. Tədbirin sonunda çıxış edən müəllimlər tədbirin ərsəyə gəlməsində iştirak edən şagirdlərə təşəkkür edib, dərslərində uğurlar arzulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi