"Düşünən oxucu" adlı müsabiqə keçirilib

13 aprel 2023-cü il tarixində məktəb kitabxanası və Kiçik Akademiyanın birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Düşünən oxucu" adlı müsabiqə keçirilib. Müsabiqədə məktəbin tərbiyə işləri üzrə direktor müavini, kitabxana müdiri, Azərbaycan dili və ədəbiyyat müəllimi, Kiçik Akademiyanın prezidenti və vitse-prezineti iştirak edib. VIII sinif şagirdləri arasında bədii kitab oxumaq və əsərin müzakirəsi ilə bağlı keçirilən müsabiqədə onlara maksimum 5 dəqiqə ərzində "Hacı Qara" əsərinin mövzusu və ideyasını təhlil etmələri tapşırılıb. Təqdimatdan sonra münsiflər heyəti şagirdlərə suallarla müraciət ediblər. Sonda verilən cavablar və təqdimatlara əsasən münsiflər heyəti öz rəylərini bildirərək şagirdləri Diplom və Fəxri Fərmanla təltif ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi