"Sədaqət şairi" adlı seminar məşğələ keçirilib

Oktyabr ayının 23-də “Kiçik Akademiya”nın nəzdində fəaliyyət göstərən Humanitar Fənlər bölməsinin təşkilatçılığı ilə (bölmənin rəhbəri X “A” sinif şagirdi Pirimova Xədicə) milli istiqlal şairi, tənqidçi və tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq şairi Xəlil Rza Ulutürkün 91-ci ildönümünə həsr olunmuş "Sədaqət şairi" adlı seminar məşğələ keçirilib. Seminarın keçirilməsinin əsas məqsədi Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşıyan va çarpışan şairi yad etmək, onun yaradıcılığını şagirdlərə tanıtmaqdan ibarət olub. Seminarda KA-nın prezidenti Nəcəfova Təranə, Azərbaycan dili və ədəbiyyat müəllimi Aslanova Yeganə, təsviri incəsənət müəllimi Rüstəmova Failə iştirak edib. Seminar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Xəlil Rza Ulutürk barəsində məlumat verilib, videoçarx nümayiş olunub. Daha sonra şagirdlər şairin həyat və yaradıcılığı, əsərləri, irsi haqqında danışıb, şeirlər söyləyib və “Azadlıq həsrəti” mahnısını ifa ediblər. Seminarın sonunda Yeganə müəllim şagirdlərə seminarın təşkilinə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin təbliğinə görə iştirakçılara öz təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi