“Parlaq zəka” adlı intellektual yarış keçirilib

  Oktyabr ayının 19-da “Heydər Əliyev İli” çərçivəsində məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın təşəbbüsü ilə VI sinif şagirdləri arasında “Parlaq zəka” adlı intellektual yarış keçirilib. Yarışın keçirilməsinin əsas məqsədi şagirdlərin intellektual səviyyəsini yüksəltmək, onlara vətənpərvərlik hissini aşılamaqdan ibarət olub. Yarışın aparıcısı, KA-nın vitse-prezidenti XI “B” sinif şagirdi Novruzov Əliəkbərin təqdimatında iştirakçılara 3 mərhələdə suallar təqdim olunub. Yarışın nəticələrinə görə I yerə VI “C” sinfinin komandası, II yerə VI “A” sinfinin komandası və III yerə VI “B” sinfinin komandası layiq görülüb. Məktəbin təşkilatçısı Əkbərova Bahar yarış iştirakçılarını təbrik edib və onları Diplomla mükafatlandırıb. Sonda xatirə şəkli çəkilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi