"Məşhur səyyahlar" mövzusunda təqdimatlar dinlənildi

3 fevral 2023-cü il tarixində məktəbin Kiçik Akademiyasının təbiət bölməsi nəzdində "Məşhur səyyahlar" mövzusunda təqdimatlar dinlənildi. Belə ki, coğrafiya müəllimi Aytəkin Məlikovanın rəhbərliyi ilə şagirdlər əvvəlcədən topladıqları məlumatları təqdim etdilər. Təqdimata kiçik qruplar şəklində hazırlaşan şagirdlər, əsasən, Fernan Magellan, Tur Heyerdal, Xristofor Kolumb və başqa səyyahların marşrutlarını, onların coğrafiya elminə verdikləri töhfələri təqdim etdilər. Təqdimat zamanı şagirdlər öz seçimlərini əsaslandırıb, ekspedisiyanın nəticələrini digər qruplarla bölüşdülər. Həmçinin azərbaycanlı səyyahlar haqqında da ətraflı məlumatlar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi