Şagirdin fərdi sərgisi təşkil edilib

22 may 2023-cü il tarixində KA-nın Mədəniyyət bölməsinin təşəbbüsü ilə məktəbin foyesində VI "B" sinif şagirdi Zeynəb Həsənovanın fərdi sərgisi təşkil edilib. Sərgidə məktəbin direktoru, KA-nın prezidenti və Mədəniyyət bölməsinin rəhbəri, təsviri incəsənət müəllimi, digər fənn müəllimləri və şagirdlər iştirak edib. Əvvəlcə iştirakçılar şagirdin müxtəlif mövzularda çəkdiyi rəsmlərlə tanış olub. KA-nın Mədəniyyət bölməsinin rəhbəri Xədicə Primova çıxış edərək bildirib ki, sərginin keçirilməsində məqsəd şagirdlərdə yaradıcı potensialı aşkarlamaq və onlara fəaliyyətlərində dəstək olmaqdır. Daha sonra məktəbin direktoru Elçin Quliyev və bir neçə müəllim çıxış edərək şagirdin çəkdiyi rəsmlər haqqında öz fikrlərini bildirib və yaradıcılığında uğurlar arzulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi