Şagirdlərdə şeir söyləmə bacarığını aşkarlamaq məqsədilə müsabiqə keçirilib

4 may 2023-cü il tarixində məktəbin KA-sı və kitabxanasının birgə təşkilatçılığı ilə şeir müsabiqəsi keçirilib. Azərbaycan ədəbiyyatının görkəmli şairi Əhməd Cavadın anadan olmasının 131-ci ildönümü münasibətilə keçirilən "Poeziyanı sevirik" adlı müsabiqədə münsiflər heyəti olaraq məktəbin direktoru Elçin Quliyev, sinifdənxaric və məktəbdənkənar tərbiyə işinin təşkilatçısı Bahar Əkbərova, Azərbaycan dili və ədəbiyyat müəllimləri, kitabxana müdiri iştirak edib. Müəyyən edilmiş meyarlara əsasən keçirilən müsabiqədə şagirdlər müxtəlif şeirlər söyləyib. Münsiflər heyətinin qərarı ilə final mərhələsinə vəsiqə qazanan iştirakçılar başqa bir şeirlə yenidən çıxış edib. Sonda ümumi meyarlara əsasən münsiflər heyətinin birgə qərarı ilə I, II, III yerlər müəyyən olunub və Diplomla təltif edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi