KA-nın təşkilatçılığı ilə təqdimat keçirilib

30 may 2023-cü il tarixində məktəbin KA-nın Texniki fənlər bölməsinin rəhbəri Nihad Hüseynzadənin təşəbbüsü ilə "Riyaziyyat hər yerdə" adlı təqdimat keçirilib. Təqdimatda məktəbin fənn metodbirləşmə rəhbəri Gülnarə Əliyeva, riyaziyyat müəllimi Nargilə Kərimova və V-VI sinif şagirdləri iştirak edib. Şagirdlər riyaziyyat haqqında araşdırdıqları məlumatlarla təqdimata başlayıblar. Daha sonra riyaziyyatın gündəlik həyatımızdakı rolunu ifadə edən səhnəcik nümayiş etdirilib, şeirlər söylənilib. Bundan əlavə VII-VIII sinif şagirdləri tərəfindən divar qəzetlərinin hazırlanma prosesi slaydlar şəklində təqdim olunub. Təqdimatın sonunda çıxış edən müəllimlər şagirdlərə təşəkkür edib, onlara dərslərində uğurlar arzulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi