Kiçik Akademiya

“KİÇİK AKADEMİYA” ÜZVLƏRİNİN RİYAZİYYAT-İNFORMATIKA FƏNLƏRI ÜZRƏ TƏQDİMATLARI KEÇİRİLİBMəktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin riyaziyyat- informatika fənləri  üzrə təqdimatları keçirilib. Şagirdlər müəllimlərin dəstəyi ilə əvvəlcədən müəyyən olunmuş, araşdırma apardıqları mövzular üzrə təqdimatlarını nümayiş etdiriblər. 10 “A” sinif şagirdi Əliyeva Aysel Pi ədədinin yaranması və əhəmiyyəti, 8 “A” sinif şagirdi Yəhyayev  Arif  “Multimedia” haqqında maraqlı təqdimatlarla çıxış ediblər. Abdullazadə Atilla “Funksiyalar” Məmmədov Ağayar “Maliyyə və Riyaziyyat” ,8 “Ç” sinif şagirdi Nəbizadə İpək - "Pi" ədədi,8 “B” sinif şagirdi  Mənsimli Hüseyn “Triqonometriya nə üçün lazımdır?”mövzuları üzrə öz kiçik araşdırmalarını təqdim edibləri. Tədbirdə iştirak edən direktor müavini Nazimə Zeynalova və İlahə Məmmədova  şagirdlərə öz tövsiyələrini veriblər. “Kiçik akademiya”nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildiriblər..

Ətraflı

KİÇİK AKADEMİYA ÜZVLƏRİNİN ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ TƏQDİMATI KEÇİRİLİBŞagirdlər fənn müəllimlərinin dəstəyi ilə apardıqları kiçik elmi araşdırmalarını təqdim ediblər .“Qarabağın söz ustadları” adlı təqdimatlarını Qarabağın tanınmış şəxsiyyətlərinə həsr ediblər. 7 "B" sinif şagirdləri İsgəndərli Leyla ,Rəhimova Aylin , Məmmədova Aysun , Paşşanlı Abdulla , Axundova Səma , Cəbiyeva Səma, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Əbdürrəhimbəy Haqverdiyev , 8 "B" sinif şagirdi Babuşova Fidan Xurşidbanu Natəvan haqqında danışıblar. 9 "A" sinif şagirdləri Əliyeva İlahə , Tağıyeva Bağdad çıxışlarında bildiriblər ki, Qarabağ ədəbi mühiti zənginliyi ilə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında eləcə də, Şərq ədəbiyyatında ön mövqeyə çıxır. Ustadlar-ustadı Aşıq Qurbani, Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği, Qurbani, Aşıq Abbas Tufarqanlı, İlk Azərbaycan professional qadın aşığı olan Aşıq Pəri kimi böyük sənətkarlar Qarabağ folklorunun ən görkəmli nümayəndələrindəndir. «Aşıq Qərib», «Abbas və Gülgəz», «Əsli və Kərəm» kimi mükəmməl məhəbbət dastanları Qarabağ diyarının məhsuludur.9 "'C" sinif şagirdləri Muradzadə Fatimə , Hacıyeva Fatimə , Cəfərli Fərid bildiriblər ki,.Təqdimatlar zamanı şagirdlər bildirdilər ki, cənnət Qarabağın üzüyünün qaşı olan Şuşa mədəniyyət tariximizdə təkcə səs xəzinəsi kimi deyil, həm də qiymətli söz inciləri beşiyi kimi tanınıb.Təqdimatda məktəbin müdiriyyəti ,fənn müəllimləri iştirak ediblər. Şagirdlərə öz tövsiylərini veriblər. Bu araşdırmaların onların gələcək təhsil həyatında böyük uğurlara imza atmalarına motivasiya olduğunu bildiriblər.

Ətraflı

KİÇİK AKADEMİYA” ÜZVLƏRİNİN TARİX-COĞRAFİYA FƏNLƏRİ ÜZRƏ TƏQDİMATI KEÇİRİLİBMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin təqdimatı keçirilib.Tarix fənni üzrə 8 “D” sinif şagirdi Abdullayev Ələkbər "Heydər Əliyevin xarici siyasəti", 8 “B” sinif şagirdləri, Rzazadə Aylin və Tahirli Murad "Zəfər tarixi", 8 “A” sinif şagirdi Kələntərli Əhəd "Azərbaycanda qanunların aliliyi ", cografiya fənni üzrə isə 8 “B” sinif şagirdləri Hüseynli Çiçək və Əliyeva Aylin "Qütb işıqları" və "Berinq" , 7 "Ç”sinif şagirdi Ələkbərli Qorxmaz "Dünyanın 7 möcüzəsi" mövzularında çıxış ediblər. Təqdimatda məktəbin müdiriyyəti, fənn müəllimləri iştirak ediblər.

Ətraflı

NƏSİMİ RAYONU ÜZRƏ KİÇİK AKADEMİYA RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB164 nömrəli məktəbdə 2023-cü ilin dekabr ayında Heydər Əliyev İlinə həsr olunmuş “Kiçik Akademiya” üzvlərinin I Ümumşəhər Konfransının keçirilməsinə hazırlıq məqsədilə görüş keçirilib. Mərkəzin rəhbəri Kəmalə Qədirova “Kiçik Akademiya”nın Nəsimi rayonu üzrə rəhbərlərinə konfrans barədə məlumat verib.Kəmalə müəllim bildirib ki, konfransda çıxış edəcək şagirdin işinin daha əvvəl heç bir müsabiqə, yarış və ya olimpiadada nümayiş olunmaması, yeni iş olması,tədqiqat xarakterli işlərin olması mütləqdir.Eyni zamanda şagirdlərin çıxışı zamanı vaxtın idarə olunmasına da diqqət yetirilməlidir.Sonda konfransa hazırlıq barədə müzakirələr olub.

Ətraflı

Kiçik Akademiya üzvlərinin kimya, fizika, biologiya fənləri üzrə təqdimatı keçirilibMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin təqdimatları olub.Təqdimatda 8-11 – ci sinif şagirdləri iştirak ediblər. Şagirdlər fənn müəllimləri tərəfindən müəyyən olunmuş mövzular üzrə araşdırmalarını təqdim ediblər.İlk öncə kimya fənni üzrə 11 "A" sinif şagirdi Məcidli Tural öz araşdırmalarını iştirakçılara təqdim edib. Sonra 11"A" sinif şagirdi Əliabbasov Əli biologiya fənni üzrə “Onurğa sütunu və orqanlar “ mövzusu üzrə çıxış edib.10"D" sinif şagirdi Qəhrəmanov Sərxan “Psixoloji pozuntular” mövzusu üzrə apardığı araşdırmalarını təqdim edib. Sonra 8"A" sinif şagirdi Əliyeva İlahə biologiya fənni üzrə “İrsi xəstəliklər” mövzusu üzrə danışıb. 8"E" sinif şagirdi Paşayev Rüstəm “Mikrodalğalı qızdırıcının mənfi və müsbət xüsusiyyətləri haqqında məlumat verib. Şagirdlərdən Aleksandrova Larisa və Məmmədova Şəms fizika fənni üzrə təqdimatlarını ediblər. Fənn müəllimləri şagirdlərin araşdırmalarını təhlil ediblər. Apardıqları araşdırmaların onların bilik və bacarıqlarıın artmasına, kiçik tədqiqatçılıq fəaliyyətlərinin inkişafına kömək edəcəyini qeyd ediblər. Təqdimatda məktəbin direktoru, direktor müavinləri, fənn müəllimləri iştirak ediblər.

Ətraflı

Kiçik Akademiya Ulu öndər Heydər Əliyevə həsr edilmiş təqdimatlar keçirilibMəktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə  həsr edilmiş təqdimatlar keçirilib. Şagirdlər Ulu Öndərin Azərbaycan dövləti, xalqı üçün gördüyü işlərdən danışıblar. Apardıqları araşdırmaları iştirakçılara təqdim ediblər. 7 "B" sinif şagirdi. Davudov İbrahim təqdimatında bildirib ki, Heydər Əliyev gənclər barədə deyib: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Gənclər bu örnək fikirlərin məsuliyyətini dərindən dərk etmək üçün hər vəchlə çalışır, dövlətçilik işinin daha qabarıq hal almasında əllərindən gələni edirlər. Bu da ümummilli liderin: «Gənclər bizim ümid yerimizdir» fikrini bir daha təsdiqləyir. 8 "A" sinif şagirdi  Ülfanə Hüseynova çıxışında bildirib ki,  Bu gün Azərbaycan artıq öz siyasətini yürüdür, bütün sahələrdə öz mövqeyi ilə diqqət çəkir. Bu ideoloji işin həyata keçməsində təhsil də önəmli rol oynayır. Çünki təhsil dövlətin xalqa etimadıdır, ictimai-siyasi müdafiənin əldə olunmasında ən təsirli və sınanmış vasitədir. Buna görə təhsil insanların həyat rifahını möhkəmləndirən əsas aspektlərdən biri hesab olunur. Ümummilli lider Heydər Əliyev çıxışlarında xüsusi olaraq vurğulamışdır ki, «Təhsil millətin gələcəyidir!». O, daim bu istiqamətdə məqsədyönlü işlər görmüş, təhsili həyatın uğuru kimi xarakterizə etmişdir. Təqdimatda fənn müəllimləri də iştirak edib.

Ətraflı

“Kiçik akademiya” üzvlərinin riyaziyyat fənni üzrə təqdimatı keçirilibMəktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin riyaziyyat fənni üzrə təqdimatı keçirilib. Şagirdlər fənn müəllimləri tərəfindən müəyyən olunmuş mövzular üzrə araşdırmalarını təqdim ediblər. 11"B" sinif şagirdi Sayadlı Aydın “Riyaziyyat və real həyatda tətbiqi”, 8"C" sinif şagirdi Cəfərli Fərid "Faiz”, 8"B" sinif şagirdləri Xədicə Rzayeva , Tağıyeva Bağdad, Əliyeva İlahə “Pifaqor teoremi”və “Riyazi tətbiq sahələri” “Riyaziyyat elmlərin şahıdır”, 7"E" sinif şagirdi Dudarova Mariya “Bizim ətrafımızda kəsrlər” 10"ç" sinif şagirdləri Quluzadə Əmirxan “Tibdə riyaziyyat” , Atakişibəyli Leyla “Evklid və qeyri Evklid” həndəsəsi” mövzularında təqdimatlar ediblər. Tədbirdə iştirak edən direktor müavini Nazimə Zeynalova şagirdlərə öz tövsiyələrini verib. “Kiçik akademiya”nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirib.

Ətraflı

“Kiçik akademiya” üzvlərinin kimya, fizika, biologiya fənləri üzrə təqdimatı keçirilibTəqdimatda 9 "A" sinif şagirdi Abdullazadə Əli “Ərəb əlkimyaçıların kimyanın inkişafında əsas rolu”,11 "Ç" sinif şagirdi Nuru Qasımov Fokin-Şarpless üsulu- “2+3 birləşmə” reaksiyası ,11 "A" sinif şagirdi Məcidli Tural “Atomun quruluşu”,9 "C" sinif şagirdi Şükürova Aydan “Kimya ətrafımızda” mövzuları üzrə araşdırmalarını təqdim ediblər.Sonra kimya fənni üzrə 11 "Ç" sinif şagirdi Kamranzadə Mətin “Cərəyanın müharibəsi”, 9 "Ç" sinif şagirdi Məmmədova Şəms, Aleksandrova “Larisa Efir nəzəriyyəsi”,8 "B" sinif şagirdi Ziya Nəsibli“ Alternativ və bərpa olunan enerji mənbələri”,8 "Ç" sinif şagirdi Cəfərli Fərid “Çevrə üzrə bərabər sürətli hərəkət” mövzuları üzrə təqdimat ediblər Fənn müəllimləri şagirdlərin araşdırmalarını təhlil ediblər. Apardıqları araşdırmaların onların bilik və bacarıqlarıın artmasına ,kiçik tədqiqatçılıq fəaliyyətlərinin inkişafına kömək edəcəyini qeyd ediblər. Təqdimatda məktəbin direktoru, direktor müavinləri, fənn müəllimləri iştirak ediblər.

Ətraflı

Kiçik Akademiya üzvlərinin təqdimatı keçirilib  Məktəbdə fəaliyyət göstərən "Kiçik akademiya" üzvlərinin növbəti təqdimatı olub.Humanitar fənlər bölməsinə daxil olan ədəbiyyatçılar təqdimatlarını Qarabağın söz ustadları  - M.P.Vaqif, X.Natəvan, Q.Zakir yaradıcılığına həsr ediblər. Şagirdlər müəllimlərinin əvvəlcədən müəyyənləşdirdiyi mövzular üzrə kiçik elmi araşdırmalarını təqdim ediblər.Təqdimatlar zamanı şagirdlər bildirdilər ki, cənnət Qarabağın üzüyünün qaşı olan Şuşa mədəniyyət tariximizdə  təkcə səs xəzinəsi kimi deyil, həm də qiymətli söz inciləri beşiyi kimi tanınıb.Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova şagirdlərə elmi araşdırmalarında uğurlar arzulayıb. Ulu öndər H.Əliyevin   sözlərini  təqimatda iştira edənlərin diqqətinə  çatdırıb.” Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.” Məktəbin təlim-tərbiyə işləri  üzrə direktor müavini Nazimə Zeynalova şagirdlərə öz tövsiyələrini verib.Bu araşdırmaların onların gələcək təhsil həyatında böyük uğurlara imza atmalarına   motivasiya olduğunu bildirib.

Ətraflı

Riyaziyyat fənni üzrə təqdimat keçirilib Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin riyaziyyat fənni üzrə təqdimatı keçirilib. Təqdimatda məktəb müdiriyyəti , fənn müəllimləri iştirak ediblər. 10 "B"  sinif şagirdi Aydın Sayadlı "Riyaziyyatın həyatla əlaqəsi", 10"D" sinif şagirdi Məhərrəmov Murad “Triqonometriya”, 6"A" sinif şagirdi Arif Yəhyayev ”Koordinatlar”, 9"Ç" sinif şagirdi Leyla Atakişibəyli “Koordinatlar”, 9"B" sinif şagirdi Əlizadə Uğur “Düzbucaqlı paralelepiped”, 10"E" sinif şagirdi Əliyeva Səidə “Çoxbucaqlılar”, 8"A" sinif şagirdi Əliyeva Aysel “Riyaziyyat və kodlaşdırma” mövzuları üzrə araşdırmalarını təqdim ediblər. Sonda fənn müəllimləri şagirdlərin təqdimatlarına münasibətlərini bildiriblər.

Ətraflı

İnformatika fənni üzrə Kiçik Akademiya üzvlərinin təqdimatı olubMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin informatika fənni üzrə təqdimatı keçirilib. 9"B" sinif şagirdləri İsmayılzadə Zeyd "Kompüter qrafikası", Kərimli Murad "Kompüter qurğuları ,10"D" sinif şagirdi " Əmiraslanov Əmiraslan "Şəbəkələr", 8"A" sinif şagirdləri Məmmədova Aylin “Məntiq cəbri” ,Tağızadə Fidan “İnformasiya texnologiyaları, 10"B" sinif şagirdi Sayadlı Aydın “Süni intellekt mövzusunda təqdimatlar ediblər .Şagirdlərin apardıqları araşdırmada fənn müəllimlərinin də dəstəyi olub. Təqdimatçılar verilən sualları ətraflı cavablandırıblar. Təqdimatlar içərisində Sayadlı Aydının “Süni intelekt “mövsusundakı təqdimatı fərqlənib. Təqdimatda məktəb rəhbərliyi,fənn müəllimləri iştirak ediblər.

Ətraflı

Biologiya fənni üzrə təqdimat keçirilibMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin biologiya fənni üzrə təqdimatı keçirilib. 9"A" sinif şagirdləri Quluzadə Mehdi, Qurbanov Cavid ”Hemofiliya” mövzusunda, 9"Ç" sinif şagirdi Quluzadə Əmirxan “İnfeksion xəstəliklər”mövzusunda, 9"B" sinif şagirdləri Əzimzadə Hümeyra, Əsgərova Şahnigar “Hemofiliya" mövzusunda, 8"Ç"sinif şagirdi Məmmədov Murad “İnsulin” mövzusunda təqdimat ediblər. Şagirdlər araşdırmalarında müəllimlərindən dəstək aldıqlarını  qeyd ediblər. Təqdimatda məktəbin müdiriyyəti, fənn müəllimləri iştirak ediblər.

Ətraflı

Tarix fənni üzrə təqdimat keçirilibMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin tarix fənni üzrə təqdimatı keçirilib.  X “B” sinif şagirdi  Məcid Quliyev ,,Şanlı Zəfər tariximiz",IX “B”sinif şagirdi Humeyra Əzimzadə "44 günlük zəfərimiz yeni tarixdir”. Quliyeva Nigar, İbrahimova Nərgiz, Əliyev Əli ” İslam dünyasında elm, ədəniyyət və memarlıq”  mövzularında çıxış ediblər. Şagirdlərimiz milli  mənəvi dəyərlərimiz mövzularında apardıqları araşdırmaları təqdim ediblər.  X “Ç”sinif şagirdi Şuvaeva Assol "Tariximizin əfsanəvi səhifələri”, Məhərrəmov Murad "İkinci Qarabağ müharibəsi", coğrafiya fənni üzrə  Tyurin Luka "Meşə nədir?" mövzularında təqdimat ediblər. Təqdimatda məktəbin müdiriyyəti, fənn müəllimləri iştirak ediblər.Təqdimatın sonunda “Kiçik    Akademiya” üzvlərinin   II yarım il üzrə təqdimatlarının qrafiki müəyyən edilib. 1.İnformatika fənni 28.02.2022 2.Riyaziyyat fənni 11.03.2022 3. Fizika fənni 30.03.2022 4.Azərbaycan dili və ədəbiyyat  15.04.2022 5. Tarix-coğrafiya 30.04.2022 6. Kimya-biologiya  6.05.2022

Ətraflı

Fizika, kimya fənləri üzrə təqdimatlar keçirilibMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin kimya , fizika fənləri üzvlərinin təqdimatı keçirilib. Təqdimatda məktəbin direktoru, direktor müavinləri və fənn müəllimləri iştirak ediblər .Fizika fənni üzrə 10"A" sinif şagirdi İsmayılova Zərri “Mexanika”, 9"D"sinif şagirdləri Mehdiyeva Məleykə “Arıların uçuşunda elektromaqnit sahəsi, İbrahimova Fidan “Heyzenberq qeyri müəyyənliyi”,Qəhrəmanov Sərxan “İnsan orqanizmində elektrik”mövzularında araşdırmalarını təqdim ediblər.Kimya fənni üzrə 10"A" sinif şagirdi Məcidli Tural “Turşular”, 9"B" sinif şagirdi Əlizadə Uğur “Duzların insan həyatında rolu”mövzusunda təqdimatlarını nümayiş etdiriblər.Sonda fənn müəllimləri şagirdlərin araşdırmalarına münasibət bildiriblər.Kiçik elmi akademiyanın növbəti təqdimat vaxtı şagirdlərə elan olunub

Ətraflı

Kiçik Akademiya üzvlərinin təqdimatı Aşıq Ələsgər yaradıcılığına həsr olunubMəktəbdə fəaliyyət göstərən "Kiçik akademiya" üzvlərinin növbəti təqdimatı olub.Humanitar fənlər bölməsinə daxil olan ədəbiyyatçılar təqdimatlarını Azərbaycan aşıq ədəbiyyatının ustadı olan Aşıq Ələsgərin yaradıcılığına həsr ediblər.Tədbirdə çıxış edən məktəbin direktoru şagirdlərə kiçik elmi araşdımalarında uğurlar arzulayıb.Tədbirdə Slavyan Universitetinin dilçilik kafedrasının dosenti Məmmədova Çimnaz iştirak edib. Şagirdlər Aşıq Ələsgər yaradıcılığına müraciət ediək aşığın ictimai,təbiət,qadın gözəllikləri mövzusunda olan şeirlərini təhlil ediblər. Sonda Çimnaz müəllim çıxış edərək şagirdlərə öz tövsiyələrini verib.

Ətraflı

Məktəbdə “Kiçik Akademiyanın riyaziyyatçılarının təqdimatı olubMəktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin təqdimatı keçirilib. Təqdimatda Slavyan Universitetinin riyaziyyat və informatika kafedrasının müdiri Ramazan Eyyubov, məktəbin direktoru, direktor müavinləri və riyaziyyat müəllimləri iştirak ediblər. Məktəbin direktoru “Kiçik Akademiya” üzvlərini "Kiçik Akademiya" haqqında əsasnamə ilə tanış edib. Təqdimat iştirakçılarına "Kiçik Akademiya”-nın məqsəd və vəzifələri haqqında danışıb. Yaradıcılıq və elmi- tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirib. Şagirdlərdən 9”B” sinif şagirdi Cavid Həsənzadə, 10”Ç” sinif şagirdi Baxışov İlham, 8”B” sinif şagirdi Rəhimov Rəsul,10”E” sinif şagirdi Qulamova İlayda, 9”Ç” sinif şagirdi Atakişiyeva Leyla, 8”A” sinif şagirdi Əliyeva Aysel, 8”A” sinif şagirdi Tağızadə Fidan fənn müəllimləri tərəfindən müəyyən olunmuş mövzular üzrə araşdırmalarını təqdim ediblər.

Ətraflı

"Kiçik akademiya" üzvlərinin iclası keçirilibMəktəbdə fəaliyyət göstərən "Kiçik akademiya" üzvlərinin iclası keçirilib. Məktəbin direktoru akademiya daxilində bölmələrin humanitar, təbiət, fizika-riyaziyyat olaraq fəaliyyət göstərəcəyini bildirib. Bu bölmələrə daxil olan şagirdlərin fənn müəllimləri tərəfindən müəyyən olunmuş mövzu üzrə araşdırma aparıb təqdimat edəcəklərini üzvlərin diqqətinə çatdırıb. Hər ay "Kiçik akademiya"-nın “İntellekt” adlı divar qəzeti hazırlanacağnı qeyd edib. İclasda "Kiçik akademiya" üzvləri tərəfindən hər bölmənin illik vaxt bölgüsü müəyyən edilib. 1.Riyaziyyat 15.10.2021 2. Azərbaycan dili və ədəbiyyatı 29.10.2021 3.Fizika 15.11.2021 4.Kimya-biologiya 30.11.2021 5.Tarix-coğrafiya 15.12.2021 6. İnformatika 27.12.2021

Ətraflı

Məktəbdə “Kiçik Akademiya “üzvlərinin iclası keçirilibMəktəbin direktoru metodbirləşmə rəhbərləri və fənn müəllimlərini məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" haqqında əsasnamə ilə tanış edib.10”B” sinif şagirdi Sayadlı Aydının Nəsimi rayonu üzrə “Kiçik Akademiya” ların tədbirində təqdimatla çıxış etdiyini bildirib. İclasda eyni zamanda "Kiçik Akademiya”-nın məqsəd və vəzifələri haqqında danışılıb.Yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirib. "Kiçik Akademiya" üzvlərinin fənn müəllimlərinin köməyi ilə araşdırıqları mözular barədə danışılıb. Müəllimlərə tapşırılıb ki, yaradıcılığa meyli olan şagirdlər”Kiçik Akademiya” ya cəlb olunsun, şagirdlərin tədqiqatçılıq bacarığı inkişaf etdirilsin.

Ətraflı

“Kiçik Akademiya”nın “Poeziya dünyasının dahisi “adlı təqdimatı keçirilibMəktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin növbəti təqdimatı dünya ədəbiyyatı xəzinəsinə çox böyük töhfələr bəxş etmiş ,poeziya dünyasının dahisi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmişdir. “Kiçik Akademiya” üzvləri “Poeziya dünyasının dahisi” adlı təqdimatlarla çıxış ediblər.Təqdimatlarda bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami Gəncəvi yaradıcılığının xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrildiyini, böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyətinin həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlı olduğunu, şairin ömrü boyu burada yaşayıb yaratdığını, və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etdiyini bildiriblər. Şagirdlər mütəfəkkir şairin məşhur “Xəmsə”sinin insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutduğunu qeyd etdilər.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT, BİOLOGİYA FƏNLƏRİ ÜZRƏ TƏQDİMATI KEÇİRİLİBMəktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 2018/2019- cu tədris ilinin II yarımilində ilk təqdimatı keçirilib.Təqdimatda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak ediblər. Bu müzakirədə Azərbaycan dili, ədəbiyyat və biologiya fənləri üzrə elmi iş yazmış şagirdlərin təqdimatı dinlənilib. Ədəbiyyat üzrə VII və IX sinif sinif şagirdlərinin "Mikayıl Müşfiqin həyat və yaradıcılığı" mövzusunda yazdıqları təqdimatlar dinlənilib. Sonra müzakirələr başlayıb. "Kiçik Akademiya" nın üzvləri suallarla müraciət ediblər. Təqdimatçılar verilən sualları cavablandırıblar. Şagirdlərin çıxışından sonra məktəbin direktoru Kəmalə Qədirova və direktor müavini Nazimə Zeynalova şagirdlərə kiçik elmi axtarışlarında müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini veriblər.

Ətraflı

2017-2018 –CI TƏDRIS ILINDƏ "KİÇİK AKADEMİYA"NIN İLK TƏQDİMATI KEÇİRİLİBMəktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin təqdimatı keçirilib. Təqdimatda məktəbin direktoru Kəmalə Qədirova, direktor müavini Nazimə Zeynalova və fənn müəllimləri iştirak ediblər. Məktəbin direktoru Kəmalə Qədirova “Kiçik akademiya” üzvlərini "Kiçik Akademiya" haqqında əsasnamə ilə tanış edib. Təqdimat iştirakçılarına "Kiçik Akademiya”-nın məqsəd və vəzifələri haqqında danışıb. Yaradıcılıq və elmi- tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirib. Kiçik Akademiyaya rəhbərlik edən Təranə Bağırova "Kiçik Akademiya" üzvlərinin fənn müəllimlərinin köməyi ilə araşdırıqları mövzuları iştirakçılara təqdim edib.

Ətraflı

MƏKTƏBDƏ "KİÇİK AKADEMİYA" ÜZVLƏRI ARAŞDIRMALARINI TƏQDIM ETDILƏR“Kiçik Akademiya” üzvlərinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə iştirak edən şagirdlərinin təqdimatı keçirildi. Təqdimatda məktəbin direktoru Kəmalə Qədirova, direktor müavini Nazimə Zeynalova və fənn müəllimləri iştirak edirdilər. Kəmalə müəllim “Kiçik Akademiya” üzvlərini "Kiçik Akademiya" haqqında əsasnamə ilə bir daha tanış etdi .Həcər Bəşirova, Sahilə Allahverdiyeva, Təranə Bağırova şagirdləri ilə apardıqları araşdırmadan danışdılar. Ayşən Quliyeva, Qurbanova Minəxanım, İbrahimli Arzu , Quliyeva Xuraman təqdimat etdilər.

Ətraflı

“Kiçik Akademiya”nın riyaziyyatçılarının təqdimatı olduMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın riyaziyyatçıları təqdimat etdilər.Təqdimatda məktəbin direktoru Kəmalə Qədirova,direktor müavini Nazimə Zeynalova və fənn müəllimləri Məmmədova Mətanət ,Əliyeva Firuzə ,Abdullayeva Zemfira iştirak edirdilər. 10a sinif şagirdləri Əhədov Elvin, Məcidli Mətin ,9b sinif şagirdləri Muradova Fərəh, Ağayeva Aydan təqdimatlarında fənn müəllimlərinin tövsiyələrini dinlədiklərini, birgə əməkdaşlıq nəticəsində araşdırma apardıqlarını bildirdilər.. Kiçik Akademiyaya rəhbərlik edən Təranə Bağırova növbəti təqdimat mövzularını elan etdi.

Ətraflı

"KİÇİK AKADEMİYA" NIN ÜZVLƏRI ELMLƏR AKADEMIYASINDA OLUBLARMart ayının 16-da məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin təqdimatı keçirildi. Təqdimatı giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Qədirova “Kiçik Akademiya” üzvlərinə araşdırmalarının onlar üçün nə qədər faydalı olduğunu, bir tədqiqatçı kimi yetişmələrinə kömək etdiyini bildirdi. Tarix müəllimi Ofelya Cəfərovanın təşkilatçılığı ilə şagirdlər Elmlər Akademiyasında apardıqları araşdırmaları təqdim etdilər.

Ətraflı

“KİÇİK AKADEMİYA” ÜZVLƏRİ MÜSABİQƏDƏBakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin IX-XI sinif şagirdlərindən ibarət komandaları arasında keçirilən “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” nin rayon mərhələsi başa çatıb. Yarışda iştirak edən məktəbin “Qartal” komandası I yerə layiq görülüb.

Ətraflı

Kiçik Akademiyanın üzvləri “Qiraətçi “ verilişində iştirak ediblərUşaqların, yetişməkdə olan gənc nəslin inkişafında şəxsi mütaliə mühüm yer tutur. Onlar mütaliyə vasitəsilə müxtəlif biliklərə, vətənpərvərlik duyğularına vətən, ana, torpağı sevmək hislərinə yiyələnirlər. Bir sözlə uşaqların şəxsiyyət kimi yetişməsində mütaliənin rolu əvəzsizdir. Məktəbimizdə hər tədris ilinin əvvəlində müəllimlərimiz tərəfindən şagirdlərə onların yaş səviyyəsinə, marağına uyğun əlavə oxu materiallarının siyahısı verilir. Şagirdlərə ilk növbədə oxuduqları bədii nümunələrin mövzusunu, ideyasını müəyyənləşdirmək, hekayənin xəritəsini tərtib etmək, obrazların başlıca xüsusiyyətlərini göstərmək, müəllifin obrazlara münasibətini, eyni zamanda fəal oxucu kimi özlərinin münasibət bildirməkləri tapşırılır. Məktəbin 8b sinif şagirdləri Təhsil Nazirliyinin mütaliə ilə bağlı “Qiraətçi“ layihəsində iştirak ediblər. Jurnalist Gülnar İlhamın təşkil etdiyi “Qiraətçi” verilişində şagirdlər dahi şair Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” poemasından hekayətləri təhlil edib, hekayətlərdəki obrazlara öz münasibətlərini bildiriblər. Şagirdlərin mütaliə bacarıqlarının inkişafı ilə bağlı keçirilən bu verilişdə ədəbiyyatşünas Seyfəddin Hüseynli də iştirak edib.

Ətraflı

“Kiçik Akademiya”nın fənlər üzrə təqdimatı keçirilib.Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin təqdimatı keçirildi. Təqdimatda məktəbin direktoru Kəmalə Qədirova, direktor müavinləri Nazimə Zeynalova, Yeganə Mehdiyeva və fənn müəllimləri iştirak etdilər. Məktəbin direktoru Kəmalə Qədirova “Kiçik Akademiya” üzvlərini "Kiçik Akademiya" haqqında əsasnamə ilə tanış etdi. Təqdimat iştirakçılarına “Kiçik Akademiya”-nın məqsəd və vəzifələri haqqında danışdı. “Kiçik Akademiya”-nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirdi. Kiçik Akademiyaya rəhbərlik edən Təranə Bağırova “Kiçik Akademiya” üzvlərinin, fənn müəllimlərinin köməyi ilə araşdırdıqları mövzuları iştirakçılara təqdim etdi. Şagirdlərin təqdimatından sonra məktəbin direktoru Kəmalə Qədirova, direktor müavini Nazimə Zeynalova şagirdlərə kiçik elmi axtarışlarında müvəfəqiyyətlər arzuladılar. Onlara öz tövsiyələrini verdilər. Kiçik Akademiyaya rəhbərlik edən Təranə Bağırova şagirdlərə gələcəkdə elmi axtarışlar apararkən fənn müəllimləri ilə mövzuları müəyyənləşdirməyi tapşırdı. Kiçik elmi akademiyanın növbəti təqdimat vaxtı şagirdlərə elan olundu.

Ətraflı

“ KİÇİK AKADEMİYA” ÜZVLƏRININ NÖVBƏTI TƏQDIMATI KEÇİRİLİB Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz. ( Nizami Gəncəvi)Məktəbdə "Kiçik Akademiya" fəaliyyət göstərir. Bu yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. "Kiçik Akademiya" çərçivəsində istedadlı şagirdlərlə iş üzrə nəzərdə tutulan tədbirlər, o cümlədən fənn olimpiadaları, müsabiqələr, toplantılar, elmi-təcrübi konfrans və seminarlar keçirilir. Məktəbin direktoru Kəmalə Qədirova "Kiçik Akademiya"nın fəaliyyətinə diqqət yetirir. Onların keçirdiyi konfranslarda iştirak edir. Şagirdlərə öz tövsiyələrini verir, təcrübəli müəllimlərin bu işə cəlb olunmasına şərait yaradır. Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən VII-XI sinif şagirdləri iştirak edirlər . Şagirdlər Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fizika , ingilis dili, tarix fənləri üzrə qruplarda fəaliyyət göstərirlər. Müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və hesabatlar hazırlayırlar. "Kiçik Akademiya" üzvləri tez- tez «Dəyirmi masa»lar keçirir, araşdırmalar aparırlar. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlər həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparır, məktəb kitabxanasına Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına gedirlər. Şagirdlərə bu işdə dəstək olan məktəbin tədris işləri üzrə direktor müavini Nazimə Zeynalova və "Kiçik Akademiya" rəhbərlik edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova bu birliyin elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaqda , mövcud yaradıcı potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdə mühüm rol oynayacaqlarına ümid edirlər . "Kiçik Akademiya" üzvlərindən Azərbaycan dili və ədəbiyyat qrupunda fəaliyyət göstərən Rəşidli Zeynal, Qarayeva Aysel qəbul imtahanlarında yüksək nəticələr əldə etmişlər. Ulu öndər Heydər Əliyevin təbirincə demiş olsaq, "Gələcək bilikli, elmli insanların çiyinlərində qurulacaqdır.

Ətraflı

Məktəbimizdə "Kiçik Akademiya" yaradılıbE.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" 20.02.2013 tarixindən fəaliyyət göstərir. Təhsilimizin inkişafına nail olmaq üçün şagirdlərimizdə stimul yaratmalıyıq."Kiçik akademiya"da şagirdlərin fənn müəllimləri ilə görüşləri təşkil edilir. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" 20.02.2013 tarixindən fəaliyyət göstərir . Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən şagirdlər iştirak edirlər. Şagirdlər fənn müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və təqdimatlar hazırlayırlar.Şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq istiqamətində işlər aparılır."Kiçik Akademiya" üzvləri ilə tez- tez «Dəyirmi masa»lar keçirilir, onların araşdırmalarna istiqamət verilir. ` Ulu öndərimiz Heydər Əliyev demişdir "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz buna nail olmuşuq və ümidvaram ki, bundan sonra da bu məsələ diqqət mərkəzində olacaqdır". Ulu öndərimizin bu hikmətli kəlamında qeyd etdiyi kimi təhsil bizim üçün önəmlidir. Təhsilimizin inkişafına nail olmaq üçün şagirdlərimizdə stimul yaratmalıyıq."Kiçik Akademiya"da şagirdlərin fənn müəllimləri ilə görüşləri təşkil edilir. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlərin həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparmasına şərait yaradılir. Şagirdlərlə daim ünsiyyətdə olunur , onları düşündürən məsələlərlə bağlı söhbət aparılır.”Kiçik Akademiya” nın üzvləri Şəmsiyyə Əhmədova Ulu öndərimizə həsr edilən inşa müsabiqəsində şəhər turunda I yerə layiq görülüb.İsgəndərli Aytac, Musayeva Nəzrin, Məcidli Mətin ,Əhmədova Validə , Tağıyeva Ülkər Həsənova Nərgiz yaradıcı şagirdlər kimi fərqlənirlər.

Ətraflı

“Kiçik Akademiya” haqqında ƏSASNAMƏ I. Ümumi müddəalar1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı
HAQQIMIZDA

164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstər...

BİZİM FƏXRLƏRİMİZ

Fərid Qədirli Fərzəli

Elmar Məmmədyarov Məhərrəm

HAQQIMIZDA

164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstər...

BİZİM FƏXRLƏRİMİZ

Fərid Qədirli Fərzəli

Elmar Məmmədyarov Məhərrəm

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi