Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin dəstəyilə Dənizkənarı Milli Park ərazisində “Peşələr festivalı “ keçirilib. Festivala qatılan yeniyetmə və gənclərin gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar əldə etmək, peşələrlə əyani şəkildə tanış olmaq imkanı qazandırılıb. Festival təşkilatçıları gənclərin mövcud əmək bazarının tələbləri barədə məlumatlılığının artırılmasının, onların bu tələblərə uyğun düzgün peşə seçiminə köməklik göstərilməsinin vacibliyini, bu baxımdan Peşələr Festivalının önəmini diqqətə çatdırıblar.Qeyd edək ki, Festival boyunca robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib. Festivalda məktəbin müdiriyyəti, 8-11 ci sinif şagirdləri də iştirak ediblər.