“SON ZƏNG “TƏDBİRİ KEÇİRİLİB

Bu gün respublikamızda bütün ümumi təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də “Son zəng” tədbiri keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova məzunları bu əlamətdar gün münasibətilə təbrik edib. Onlara müstəqil həyatlarında uğurlar diləyib. Kəmalə xanım çıxışında bildirib ki, dövlətimizin məktəbə, təhsilə, müəllimə münasibəti Ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kimi fikirlərində öz əksini tapıb. Son zəng tədbirində Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin həyat yoldaşı Kəmalə Tağızadə məzunları təbrik edib. Məzunlara doğma Vətənimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib. Tədbirdə Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələrinin rəngarəng çıxışları iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.