FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM OLUNUB

Dövlətimizin məktəbə, təhsilə, müəllimə münasibəti ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kimi fikirlərində öz əksini tapmışdır. Bəli, doğrudan da, təhsil millətin gələcəyidir. Təhsil hər şəxsin, cəmiyyətin, xalqın və dövlətin həyatında inkişaf və tərəqqinin mənbəyidir. Əlbəttə, söhbət müasir tələblərə cavab verən, yüksək keyfiyyətli təhsildən gedir. Təhsil prosesinin həyata kecirildiyi məkan isə məktəbdir. Mübagiləsiz demək olar ki, millətin gələcəyi məktəbdə formalaşır.
Məktəbimizin beş nəfər şagirdi yüksək nailiyyətlərinə görə fərqlənmə attestatına ilə təltif olunub. Onlar məktəbdə nümunəvi davranışları, dərsə davamiyyətləri və yüksək akademik göstəriciləri ilə seçiliblər.
Məktəbin direktoru Kəmalə Qədirova şagirdlərə fərqlənmə attestatlarını təqdim edib. Onlara həyatda ,təhsildə uğurlar arzulayıb.