Nailiyyətlərimiz

UğurlarımızMəktəbin 5"A" sinif şagirdi Məhəmmədəli Ruzayev müxtəlif illərdə idmanın Karate növü üzrə məktəbimizi təmsil edib.2016- cı ildən idmanın bu növüilə məşğul olan Məhəmmədəli həmin ildən etibarən müxtəlif yarışlarda müvəffəqiyyətlə iştirak edib,qələbələr qazanıb.2018- ci ildə "İlin idmançısı" adına layiq görülən Məhəmmədəli müxtəlif yarışlarda I vəII yerə layiq görülüb. Böyük uğurlara imza atan azyaşlı Məhəmmədəli 9 Noyabr Bayraq gününə həsr olunmuş karate üzrə klublararası turnirdə I yer tutub.18 oktyabrda Dövlət müstəqilliyi gününə həsr olunmuş Azərbaycan birinciliyində II yer tutub. 01.11.2019- cu il tarixində kiçik idmançımız Makedoniyada keçirilən Avropa çempionluğunda 10-11 yaşlı idmançılar arasında III yerə layiq görülüb.

NailiiyətlərimizMəktəbin 11"C" sinif şagirdi İzrayılova Yaffa çox istedadlı bir şagirddir. O, qarşısına qoyduğu məqsədə çatmaq üçün çalışan, hər işin öhdəsindən gələ bilən şagirdlərimizdən biridir. Yaffa dərslərini əla oxumaqla bərabər asudə vaxtdan səmərəli istifadə edən şagirddir.  Yaffa bu il "Flex" proqramı ilə hazırlaşaraq turlarda fəal iştirak edib. Hal-hazırda III turdan keçərək Amerikaya getmək üçün hazırlaşır.

MƏKTƏBİN ŞAGİRDİ ŞEİR MÜSABİQƏSİNDƏ UĞURLA İŞTİRAK EDİBMəktəbin V sinif şagirdi Lamiyə Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan” adlı şeir müsabiqəsində uğurla iştirak edib. O, Bakı şəhər ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqənin bütün mərhələlərindən uğurla keçərək final mərhələsində fəal iştirak edib Lamiyə Əliyeva bu münasibətlə hədiyyə və təşəkkürnamə ilə təltif olunub. Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da gücləndirmək, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

HAQQIMIZDA

164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstər...

BİZİM FƏXRLƏRİMİZ

Asim Mollazadə Nazim

Arif Paşayev Mircəlal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi