Nailiyyətlərimiz

İlin ən yaxşı müəllimiŞəfa Sadıqova 164 nömrəli tam orta məktəbdə İqdisadiyyat müəllimi kimi fəaliyyət göstərir. Şəfa Sadıqova "İlin ən yaxşı müəllimi" adına layiq görülüb. Müəllimi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

İlin ən yaxşı müəllimiTəranə Bağırova 164 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. O, müxtəlif dövrlərdə Təhsil Nazirliyinin və qeyri hökümət təşkilatlarının təşkil etdiyi 2008-2009-cu ildə I sinifdə işləyəcək müəllimlər üçün yeni fənn kurikulumu üzrə təlim kursu, “İntel-Gələcək üçün Təhsil təlim“kursu-2008, Baloniya sistemində ibtidai təhsil» təlim kursu 2009, MİMİO Xİ İnteraktiv lövhə ilə tədris”kursu- TN və “Smart Technologies”şirkəti 2010,.«İnsan Alveri: Təhlükələr və Qabaqlayıcı Təşəbbüslər üzrə təlimçilər üçün təlim kursu» -2010, Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal (interaktiv) təlim kursu, Təlimçilər üzrə Təlim kursu-UNİCEF 2011,.«Ana və uşaqların sağlamlığının qorunmasının təşkili təlmi kursu»2009,. “Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” kursu 2011, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata keçirilən ”Tənqidi təfəkkürün əsasları seçmə kursu” 2011, “Seçkilərin Təşkili və Keçirilməsi üzrə Bilik və Bacarıqların Artırılması” layihəsi çərçivəsində keçirilən təlimçilər üçün təlim kursu”, İbtidai siniflər üçün yeni kurikulum və fəal\interktiv təlimə giriş kursu üzrə təlimçilərin hazırlanması təlim kursu” 2011, ”Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunda təşkil olunmuş “Öyrədənlərin, öyrədəni” təlim kursu” 2011, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata keçirilən” Fəal təlim üsulları təlim kursu” 2011, “Umumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim” mövzusunda keçirilən təlimçilərin təlimi kurslarında iştirak etmişdir. Təranə Bağırova 2010-2011-ci tədris ilində "İlin ən yaxşı müəllimi" adına layiq görülüb. Müəllimi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

2011-ci ilin ən yaxşı müəllimiSəbinə Şaxmaliyeva 1991-ci ildən 164 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir O, 1995-ci ildən müxtəlif proyektlərdə, seminarlarda, treyninqlərdə iştirak edir. 2005-2010-cu illərdən “Demokratik müzakirələr” proyektinin təlimçisi olub. Bu vaxt Bakı-ABŞ, Bakı-Belarus, Bakı-Çexiya telekörpüsündə iştirak edib. 2007-ci ildə beynalxalq təhsil konfransında və bu il isə Educations secondary school iştirak edib. 2009-cu ildə 8-ci siniflər ücün İnsan və cəmiyyət dərsinin metodik vəsaitinin hazirlanmasinda iştirak edib. 2009-cu ildən Beynəlxalq İEARN proyektində təlimçi vəzifəsində çalışır. 2010-cu ildə Kanadanın Barri şəhərində və Türkiyədə Bursa şəhərində Sammitdə iştirak edib. 2011-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak edib və qalib olub.

HAQQIMIZDA

164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstər...

BİZİM FƏXRLƏRİMİZ

Vitali Jolobov Mixayl

Seyid Məlikov Afdandil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi