Nailiyyətlərimiz

Beynəlxalq Akrobatika turnirindəMəktəbin 4 "Ç" sinif şagirdi Məmmədova Aylin Belorusiyada keçirilən Beynəlxalq Akrobatika turnirində uğurla iştirak edib və I yerə layiq görülüb. Biz də Aylini ürəkdən təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq.

Şagirdlərimiz “Sən istedadsan" müsabiqəsinin qalibi olublarBakı şəhər məktəbləri arasında “Sən istedadsan” adlı "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılığına baxış" müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirdə məktəbimizin 8 "A" sinif şagirdi Cavidan Qənizadə skripkada “Cahargah kompozisiyası”nı, 10 “D” sinif şagirdi Sahib Hüseynzadə Polad Bülbüloglunun “Gəl ey səhər” mahnısını ifa ediblər. Hər iki şagirdimiz müsabiqədə laureat adına layiq görülüb, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Qalib şagirdlərimizi təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.

Aydın Sayadlının uğuruTürkiyyənin İstanbul şəhərində döyüş növləri üzrə Dünya çempionatı keçirilib. 26 ölkənin idmançılarının iştirakı ilə keçirilən çempionatda Azərbaycanı 14 idmançımız təmsil edib. Çempionatda məktəbin VI sinif şagirdi Aydın Sayadlı qalib gələrək "Kunfu" idman növü üzrə dünya çempionu olub, qızıl medala layiq görülüb. Aydın eyni zamanda, məktəbimizin əlaçı şagirdidir. Ona gələcəkdə böyük uğurlar arzulayırıq.

HAQQIMIZDA

164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstər...

BİZİM FƏXRLƏRİMİZ

Asim Mollazadə Nazim

Rasim Mehdiyev Araz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi