Nailiyyətlərimiz

UğurlarımızMəktəbin 4 “C” sinif şagirdi Aydan Şükürova “Bakı Open-2017” Beynəlxalq Şahmat Festivalının uşaq turnirində 10 yaşadək qızlar arasında III yeri tutduğuna görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən, 4 “Ç” sinif şagirdi Leyla Kobzeva Şahmat üzrə Təsnifat Turnirində III yeri tutduğuna görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Şahmat Mərkəzi tərəfindən, 1 “D” sinif şagirdi Nurlan Kobzev Şahmat üzrə Təsnifat Turnirində II yer tutduğuna görə Şahmat Akademiyası tərəfindən, 4 “D” sinif şagirdi İonis Məryəm Bədii Gimnastika üzrə Bakı Birinciliyi və Çempionatında II yerə layiq görüldüyünə görə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən, 4 “D” sinif şagirdi Rəna Fətəliyeva Bədii Gimnastika üzrə Bakı Birinciliyi və Qrup hərəkətləri üzrə III yerə layiq görüldüyünə görə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

İnşa yazı müsabiqəsində II yerMəktəbin şagirdi Abdullayeva Ulvira Qorxmaz qızı Nəsimi rayon üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Mənim bayrağım“ mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində II yer tutduğuna görə təltif olunub.

Məktəbdə “e Twinning” layihəsi həyata keçirilirMəktəblilərimiz “E TWİNNiNG” layihəsinə qoşularaq Ukrayna, Moldova və Litva məktəbliləri ilə dostluq əlaqəsi saxlayırlar. Adları çəkilən ölkələrin şagirdləri də məktəblilərimizin məktublarına səmimiyyətlə cavab göndərirlər. Bu qarşılıqlı münasibət dünya uşaqları arasında dostluq, qarşılıqlı anlaşma, tolerantlıq hissinin tərbiyə edilməsinə təsir göstərir.

HAQQIMIZDA

164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstər...

BİZİM FƏXRLƏRİMİZ

Fərid Qədirli Fərzəli

İlham Baxışov Elbrus

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi