Nailiyyətlərimiz

2012-ci ilin ən yaxşı müəllimiAfət Allahverdiyeva 1995-ci ildən Bakı şəhər 164 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. O, fəaliyyət göstərdiyi illərdə Amerika Beynəlxalq Təhsil Şurası ACTR/ACCELS təşkilatının “Tədris planının inkişafı", “İntel Gələcək üçün Təhsil”, Norveç qaçqınlar şurasının təşkil etdiyi “ İnsan hüquqlarının ümumtəhsil məktəblərində tədrisi”, “Smart Technologies”şirkəti tərəfindən təşkil edilməsi üçün “MİMİO XI İnteraktiv lövhə ilə tədrisi”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Edumediya-Azərbaycan” MMC tərəfindən təşkil olunmuş “Promethean”interaktiv lövhələrindən istifadə üzrə təlim, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Mədəd Azərbaycan”MMC-nin təşkil etdiyi “Fənlər üzrə Elektron Təhsil Resursları”, “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlim kurslarını bitirərək sertifikatlar əldə edib. O, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Öyrədənlərin öyrədəni” təlimçisi sertifikatını alaraq, Təhsil Nazirliyinin təşkil etdiyi “Ümumi orta təhsilin Texnologiya,Təsviri incəsənət, İbtidai sinif müəllimləri üçün fənn kurikulumu üzrə 2009-2010, 2011-2012, 2014-2015-ci tədris illərində 1-4, 5 və 7-ci sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməmiş müəllimlər üçün təlim” layihəsində təlimçi kimi (Şamaxı, Qobustan, İsmayıllı, Sumqayıt, Ağsu, Ağdaş, Bakı) fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Ümumtəhsil məktəblərinin IIIvə IV sinifləri üçün kurikulum əsasında hazırlanmış dərslik komplektlərinin qiymətləndiricisi kimi 2010-2011,2011-2012-ci illərdə iştirak etmişəm. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərar ilə I, II, III, IV siniflər üçün “Həyat bilgisi”, IV siniflər üçün “Azərbaycan dili” dən ibtidai siniflər üçün “Qiymətləndirmə vasitələri”nin müəllifidir. Azərbaycan Respublikası Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” ilə bağlı yaradılmış komissiyanın üzvü olub.

2012-ci ilin ən yaxşı müəllimiMəktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Sevinc Məcidova İlin ən yaxşı müəllimi" adına layiq görülüb. Müəllimi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

HAQQIMIZDA

164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstər...

BİZİM FƏXRLƏRİMİZ

Markus Torres Luis Rene Visente

Həmzə Hüseynov Eyvaz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi