"MİLLİ DƏYƏRLƏRİMİZİ QORUYAQ" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Məktəbdə İbtidai sinif müəllimi Nahidə Məşədiyevanın təşkilatçılığı və məktəbin IV"Ç" sinif şagirdlərinin iştirakı ilə " Milli dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Azərbaycan üzrə teatr səfəri” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbir zamanı səhnəyə Azərbaycanın zəngin mədəni irsini əks etdirən 5 müxtəlif kompozisiya təqdim olunub : “Məclisi-Üns” – ədəbiyyat və musiqinin görüş yeri, “Çövkən” – qədim idman oyunumuz, “Azərbaycan – günəş və qonaqpərvərlik diyarı”, “Bakının neftçiləri” və “Qarabağa dönüş” kimi dərin mənalı səhnəciklər tamaşaçılar tərəfindən alqışla qarşılanıb. Şagirdlər tədbirdə milli geyimlərdə çıxış ediblər, xalq musiqiləri səsləndirilib , səhnə dekorasiyaları Azərbaycanın ruhunu əks etdirən naxış və motivlərlə bəzədilib. Çıxışlar həm bədii, həm vətənpərvərlik baxımından zəngnliyi ilə diqqəti cəlb edib.
Tədbir şagirdlərdə vətənə sevgi, dəyərlərimizə hörmət və mədəniyyətə bağlılıq hissini daha da möhkəmləndirib.