“KİÇİK AKADEMİYA” ÜZVLƏRİNİN RİYAZİYYAT-İNFORMATIKA-KİMYA-FİZİKA-BİOLOGİYA FƏNLƏRI ÜZRƏ TƏQDİMATLARI KEÇİRİLİB

Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin təqdimatları keçirilib. Şagirdlər müəllimlərin dəstəyi ilə əvvəlcədən müəyyən olunmuş, araşdırma apardıqları mövzular üzrə təqdimatlarını nümayiş etdiriblər. Biologiya fənni üzrə 9 "A" sinif şagirdi Zeynallı İbrahim “Yaşıl dünya naminə həmrəylik ili “, Riyaziyyat fənni üzrə 9 "B" sinif şagirdi Nəsibli Ziya “Riyaziyyat və süni intelekt”, 8 "A" sinif şagirdi Şahbazzadə Zeynəb “Sosial şəbəkələr”, 9 "C" sinif şagirdi Cəfərli Fərid “Kollac teoreminin isbatı”, fizika fənni üzrə 10 "A" sinif şagirdi Əliyeva Aysel “Atom nüvəsinin yaranması”, kimya fənni üzrə 8 "E" sinif şagirdləri Dudarova Anastasiya “Təbiət və metallar”, Nikitin Emir “Turşulu yağışlar”, 10 "C" sinif şagirdi Hüseynov Ömər "Loqarifmlərin təbiətdə rolu" mövzusunda təqdimat ediblər. Fənn müəllimləri şagirdlərin araşdırmalarını təhlil ediblər. Apardıqları araşdırmaların onların bilik və bacarıqlarının artmasına, kiçik tədqiqatçılıq fəaliyyətlərinin inkişafına kömək edəcəyini qeyd ediblər. Təqdimatda məktəbin direktoru, direktor müavinləri, fənn müəllimləri iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi