KİÇİK AKADEMİYA” ÜZVLƏRİNİN ƏDƏBİYYAT-TARİX-COĞRAFİYA FƏNLƏRİ ÜZRƏ TƏQDİMATLARI KEÇİRİLİB

Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin təqdimatları keçirilib. Şagirdlər müəllimlərin dəstəyi ilə əvvəlcədən müəyyən olunmuş, araşdırma apardıqları mövzular üzrə təqdimatlarını nümayiş etdiriblər. Tarix fənni üzrə  8"Ç"sinif şagirdi Nəbizadə İpək "Qarabağ münaqişəsinin ekoloji terroru ”, 9"A" sinif şagirdi Tağıyeva Bağdad “Ermənilərin Qarabağ təbiətinə qəsdi”, 8"D" sinif şagirdi  Abdullayev Ələkbər “Dəmir yumruq əməliyyatı", 9"B"sinif şagirdi Babayeva Fidan “Azərbaycan müəllimləri 44 günlük müharibə dövründə”, coğrafiya fənni üzrə 6"Ç"sinif şagirdləri Hacızadə Mələk və Abdulla Çingiz “Qarabağın flora və faunası ”, ədəbiyyat fənni üzrə 8"B"sinif şagirdləri Davudov İbrahim və Mənsimli Hüseyn “Qarabağda ədəbi məclislər”mövzularında çıxış ediblər.Tədbirdə fənn müəllimləri şagirdlərin təqdimatlarına münasibətlərini bildiriblər. Təqdimatda məktəbin müdiriyyəti iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi