Kiçik Akademiya Ulu öndər Heydər Əliyevə həsr edilmiş təqdimatlar keçirilib

Məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə  həsr edilmiş təqdimatlar keçirilib. Şagirdlər Ulu Öndərin Azərbaycan dövləti, xalqı üçün gördüyü işlərdən danışıblar. Apardıqları araşdırmaları iştirakçılara təqdim ediblər. 7 "B" sinif şagirdi. Davudov İbrahim təqdimatında bildirib ki, Heydər Əliyev gənclər barədə deyib: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Gənclər bu örnək fikirlərin məsuliyyətini dərindən dərk etmək üçün hər vəchlə çalışır, dövlətçilik işinin daha qabarıq hal almasında əllərindən gələni edirlər. Bu da ümummilli liderin: «Gənclər bizim ümid yerimizdir» fikrini bir daha təsdiqləyir. 8 "A" sinif şagirdi  Ülfanə Hüseynova çıxışında bildirib ki,  Bu gün Azərbaycan artıq öz siyasətini yürüdür, bütün sahələrdə öz mövqeyi ilə diqqət çəkir. Bu ideoloji işin həyata keçməsində təhsil də önəmli rol oynayır. Çünki təhsil dövlətin xalqa etimadıdır, ictimai-siyasi müdafiənin əldə olunmasında ən təsirli və sınanmış vasitədir. Buna görə təhsil insanların həyat rifahını möhkəmləndirən əsas aspektlərdən biri hesab olunur. Ümummilli lider Heydər Əliyev çıxışlarında xüsusi olaraq vurğulamışdır ki, «Təhsil millətin gələcəyidir!». O, daim bu istiqamətdə məqsədyönlü işlər görmüş, təhsili həyatın uğuru kimi xarakterizə etmişdir. Təqdimatda fənn müəllimləri də iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi