KİÇİK AKADEMİYA ÜZVLƏRİNİN ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ TƏQDİMATI KEÇİRİLİB

Şagirdlər fənn müəllimlərinin dəstəyi ilə apardıqları kiçik elmi araşdırmalarını təqdim ediblər .“Qarabağın söz ustadları” adlı təqdimatlarını Qarabağın tanınmış şəxsiyyətlərinə həsr ediblər. 7 "B" sinif şagirdləri İsgəndərli Leyla ,Rəhimova Aylin , Məmmədova Aysun , Paşşanlı Abdulla , Axundova Səma , Cəbiyeva Səma, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Əbdürrəhimbəy Haqverdiyev , 8 "B" sinif şagirdi Babuşova Fidan Xurşidbanu Natəvan haqqında danışıblar. 9 "A" sinif şagirdləri Əliyeva İlahə , Tağıyeva Bağdad çıxışlarında bildiriblər ki, Qarabağ ədəbi mühiti zənginliyi ilə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında eləcə də, Şərq ədəbiyyatında ön mövqeyə çıxır. Ustadlar-ustadı Aşıq Qurbani, Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği, Qurbani, Aşıq Abbas Tufarqanlı, İlk Azərbaycan professional qadın aşığı olan Aşıq Pəri kimi böyük sənətkarlar Qarabağ folklorunun ən görkəmli nümayəndələrindəndir. «Aşıq Qərib», «Abbas və Gülgəz», «Əsli və Kərəm» kimi mükəmməl məhəbbət dastanları Qarabağ diyarının məhsuludur.9 "'C" sinif şagirdləri Muradzadə Fatimə , Hacıyeva Fatimə , Cəfərli Fərid bildiriblər ki,.Təqdimatlar zamanı şagirdlər bildirdilər ki, cənnət Qarabağın üzüyünün qaşı olan Şuşa mədəniyyət tariximizdə təkcə səs xəzinəsi kimi deyil, həm də qiymətli söz inciləri beşiyi kimi tanınıb.Təqdimatda məktəbin müdiriyyəti ,fənn müəllimləri iştirak ediblər. Şagirdlərə öz tövsiylərini veriblər. Bu araşdırmaların onların gələcək təhsil həyatında böyük uğurlara imza atmalarına motivasiya olduğunu bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi