Kiçik Akademiya üzvlərinin kimya, fizika, biologiya fənləri üzrə təqdimatı keçirilib

Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin təqdimatları olub.Təqdimatda 8-11 – ci sinif şagirdləri iştirak ediblər. Şagirdlər fənn müəllimləri tərəfindən müəyyən olunmuş mövzular üzrə araşdırmalarını təqdim ediblər.İlk öncə kimya fənni üzrə 11 "A" sinif şagirdi Məcidli Tural öz araşdırmalarını iştirakçılara təqdim edib. Sonra 11"A" sinif şagirdi Əliabbasov Əli biologiya fənni üzrə “Onurğa sütunu və orqanlar “ mövzusu üzrə çıxış edib.10"D" sinif şagirdi Qəhrəmanov Sərxan “Psixoloji pozuntular” mövzusu üzrə apardığı araşdırmalarını təqdim edib. Sonra 8"A" sinif şagirdi Əliyeva İlahə biologiya fənni üzrə “İrsi xəstəliklər” mövzusu üzrə danışıb. 8"E" sinif şagirdi Paşayev Rüstəm “Mikrodalğalı qızdırıcının mənfi və müsbət xüsusiyyətləri haqqında məlumat verib. Şagirdlərdən Aleksandrova Larisa və Məmmədova Şəms fizika fənni üzrə təqdimatlarını ediblər. Fənn müəllimləri şagirdlərin araşdırmalarını təhlil ediblər. Apardıqları araşdırmaların onların bilik və bacarıqlarıın artmasına, kiçik tədqiqatçılıq fəaliyyətlərinin inkişafına kömək edəcəyini qeyd ediblər. Təqdimatda məktəbin direktoru, direktor müavinləri, fənn müəllimləri iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi