“KİÇİK AKADEMİYA” ÜZVLƏRİNİN RİYAZİYYAT-İNFORMATIKA FƏNLƏRI ÜZRƏ TƏQDİMATLARI KEÇİRİLİB
Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin riyaziyyat- informatika fənləri üzrə təqdimatları keçirilib. Şagirdlər müəllimlərin dəstəyi ilə əvvəlcədən müəyyən olunmuş, araşdırma apardıqları mövzular üzrə təqdimatlarını nümayiş etdiriblər. 10 “A” sinif şagirdi Əliyeva Aysel Pi ədədinin yaranması və əhəmiyyəti, 8 “A” sinif şagirdi Yəhyayev Arif “Multimedia” haqqında maraqlı təqdimatlarla çıxış ediblər. Abdullazadə Atilla “Funksiyalar” Məmmədov Ağayar “Maliyyə və Riyaziyyat” ,8 “Ç” sinif şagirdi Nəbizadə İpək - "Pi" ədədi,8 “B” sinif şagirdi Mənsimli Hüseyn “Triqonometriya nə üçün lazımdır?”mövzuları üzrə öz kiçik araşdırmalarını təqdim edibləri. Tədbirdə iştirak edən direktor müavini Nazimə Zeynalova və İlahə Məmmədova şagirdlərə öz tövsiyələrini veriblər. “Kiçik akademiya”nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildiriblər..